Siyasət
Pan Gi Mun: Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfələri təqdirəlayiqdir
Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.
“Ağ şəhər”də su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Skaut Konfransının Bakıda keçirilməsi gənclərə qayğı siyasətinin nəticəsidir”
“Bakı bu cür beynəlxalq tədbirlərin keçirilməsi üçün münasib yer sayılır. Bu da Azərbaycana dünya ictimaiyyəti və siyasi dairələr tərəfindən verilən qiymətdir”. Bu fikirləri politoloq İlqar Vəlizadə Bakıda keçirilən və 157 ölkənin təmsilçisinin qatıldığı Dünya Skaut Konfransından danışarkən deyib.
Xəzərdə enerji ehtiyatlarının nəqli uğrunda mübarizə
Rusiya-Gürcüstan münasibətlərinin kəsişməsi regionda təhlükəsizliyin təmin olunmasına maneə yaradan amil kimi dəyərləndirilir. Xüsusən, regional iqtisadi layihələrin reallaşdırılmasında əngəl rolunu oynaya bilər.
DSM Xəzərdə genişmiqyaslı təlim keçirib
“Xəzərin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.
"Dünya skautları Azərbaycandan zəngin təəssüratlarla qayıdacaqlar"
Politoloq: “Rusiyanı Dağlıq Qarabağ məsələsində mövqeyini əyri göstərən Rusiya XİN-dir”
Ermənistan elə hesab edir ki, Rusiyaya qarşı mübarizə aparmaq gücündədir. Son zamanlar Ermənistan Rusiyaya qarşı bu yolu seçib. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ Ermənistanın bu addımlarına inanır.
Ermənilər 128 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.
“Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi ölkəmiz üçün çox önəmlidir”
Ölkə bu xəbərlə ÇALXALANDI! İcra başçısı İSTEFA VERDİ
Prezident İlham Əliyev mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir.
Əkbər Qoşalı: ““Ermənistan dövləti” və “pozuculuq” bir-birinə yaraşan sözlərdir”
“Ermənistan dövləti” və “pozuculuq” bir-birinə ən çox yaraşan sözlərdir. Ermənistanın dövlət səviyyəsində törətdiyi pozuculuq hərəkətləri (və pozuculuğa xidmət edən hərə¬kətsizlikləri) acizliyin, sağlam mübarizə apara bilməməyin təzahürüdür. Sən həm elan olunmamış müharibə başladasan həm günahı müharibə açdığın ölkənin, xalqın üzərinə yıxasan”. Bunu Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.
Koçaryan: "Azərbaycanın Türkiyəsi var, Ermənistanın bu cür müttəfiqi yoxdur"
Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir. Türkiyənin Azərbaycanı silahlandırması mövzusunu şərh edərkən "Azadlıq" radiosunun erməni xidmətinə bunları Ermənistan xarici işlər nazirinin müaviniŞavarş Koçaryan deyib.
XİN rəsmisi Çexiya dövlət katibini qəbul edib
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Çex Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşeki qəbul edilib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.
“Biz gəlirik” - yenilikçi müxalifət dağıdıcılara meydan oxudu- SİYASİ RAKURS
Son vaxtlar, xüsusilə axrıncı prezident və parlament seçkilərindən sonra ölkə müxalifətində fəaliyyət göstərən bir çox siyasilər təmsil olunduqları düşərgənin köklü şəkildə yeniləşməsi barədə müxtəlif ideyalarla çıxış edirlər. Hətta bu dövr ərzində özlərini aparıcı müxalifət partiyası qismində təqdim edən AXCP, Müsavat və s. tipli siyasi təşkilatlarda ciddi böhranlar yaşandı, parçalanmalar baş verdi, hətta yeni qurumlar belə yaradıldı.














