Siyasət

Dünya Skaut Konfransının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

16 Avqust 2017 14:57

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçıları avqustun 16-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Radikalların Avropa macəraları

16 Avqust 2017 14:51

Seçki ili yaxınlaşdıqca siyasi cameədə hərəkətlilik də artır. Əslində bu normal bir haldır. Çünki istənilən ölkədə fəaliyyət göstərən siyasi partiyalar hələ seçkiyə qeyri-rəsmi olsa da bir neçə il əvvəldən strat verirlər.  Siyasi dillə desək bir seçkinin bitməsi digər bir seçkiyə hazırlıq anlamı verir. Qeyd etdiyimiz kimi Azərbaycanda da artıq xeyli müddətdir ki, müxtəlif siyasi partiyalar tərəfindən 2018-ci ilin prezident seçkilərinə hazırlıq prosesinə başlanılıb.

Ermənistanın Zəngəzuru itirmək qorxusu

16 Avqust 2017 14:48

Cəbhədə erməni təxribatların artdığı, atəşkəs rejiminin düşmən tərəfindən intensiv şəkildə pozulduğu bir əəfədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi barədə fikirlər dövriyyəyə buraxılıb.  Elə ATƏT-in Minsk qrupunun həmsədrləri də buna ciddi cəhdlə nail olmağa çalışırlar. Ona görə yox ki, vasitəçilər problemin həllində maraqlıdırlar. Sadəcə həmsədrlər prezidentlərin görüşünü təşkil etməklə müəyyən mənada fəaliyyətdə olduqlarını sübuta yetirməyə, Azərbaycan cəmiyyətinin Minsk qrupunun fəaliyyətsizliyi barədə haqlı narazılığını önləməyə səy göstərirlər. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdə başlıca məqsədlərdən biri isə cəbhədə yeni qarşıdurmanı önləməkdir. Çünki erməni təxribatlarının hər ötən gün artması Azərbaycanı yenidən güc amilinə əl atmaq məcburiyyətində qoyur.

“Prezidentlər səviyyəsində keçirilən görüşlər Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına təkan verib”

16 Avqust 2017 14:07

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dediyi kimi Azərbaycan-Türkmənistan münasibətləri yeni  mərhələyə daxil olub. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi  ikitərəfli münasibətlər strateji partnyorluq səviyyəsinə qalxır.

Politoloq: “Bu Azərbaycanın dialoqlar mərkəzinə çevrildiyini göstərir”

16 Avqust 2017 12:17

Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən, dünyanın 157 ölkəsindən idmançının iştirak etdiyi Dünya Skaut Konfransı Bakıda baş tutan dünya səviyyəli növbəti tədbirlərdən biridir. Bu fikri  açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Valeh Ələsgərov: "Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı böyük hadisədir"

16 Avqust 2017 11:30

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən verilən xəbərə görə, vitse-spiker Valeh Ələsgərov qonaqları salamlayaraq, səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına ümidini bildirib.

“Ermənilərin hədə-qorxusu əsassızdır"

16 Avqust 2017 11:27

“Ermənistanın maliyyə naziri Vardan Aramyan 2018-2020-ci illərdə müdafiə xərclərinin ÜDM-in 3.71%-indən artaraq 4%-i aşacağını bildirdi. Hökumətini 2018-2020 ci il proqramında təhsilə ayrılan vəsait 2.18% dən 1.85% -ə dək azaldılır”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Meksika parlamentinin sədri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

16 Avqust 2017 11:10

Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres (Maria Guadalupe Muruia Gutierrez) ilə görüşü keçirilib.

Həmsədr: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri birbaşa danışıqları bərpa edəcəklər”

16 Avqust 2017 10:57

Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər. Bu sözləri açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədriRiçard Hoqland deyib. "