Bakıda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənməsi üzrə yeni saziş imzalanıb
14 Sentyabr 2017 11:09 SiyasətBakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanma mərasimi baş tutub.
Trend bildirir ki, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31