Milli Məclis MB sədr müavininin məsələsinə baxacaq
“Sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, iclasda bir neçə qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək: “İclasda komitənin “2017-ci il üçün qanunvericilik işlər planı” təsdiq ediləcək. Həmçinin prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncama razılıq verəcəyik”.
12 Sentyabr 2017 15:02 Siyasət"Sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, iclasda bir neçə qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək: "İclasda komitənin "2017-ci il üçün qanunvericilik işlər planı" təsdiq ediləcək. Həmçinin prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncama razılıq verəcəyik".