Azərbaycanın regionda rolu daha da artır

Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli  layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır: “Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir.

Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli  layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, "Cənub" qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır: "Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir.

"Bütün bunlar onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanın regionda rolunun artmasına, dünya miqyasında mövqeyinin möhkəmlənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31