Siyasət
Ruslar San-Fransiskodakı konsulluğun bütün sənədlərini yandırıblar
İlham Əliyev SƏRƏNCAM imzaladı: 2 idmançıya Prezident təqaüdü verildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.
Gürcüstan XİN: Nazirlərin Bakıi görüşündə əməkdaşlıq planı qəbul olunacaq
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Bakıda keçiriləcək 6-cı üçtərəfli görüşündə 2017-2019-cu illər üçün əməkdaşlıq planı qəbul olunacaq. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə nazirlər üçtərəfli əməkdaşlığın inkişafı və perspektivləri, öncəki görüşdə əldə olunmuş qərarların icrasını müzakirə edəcəklər. Görüş çərçivəsində birgə bəyanatın imzalanması planlaşdırılır.
Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin aparatları təsis ediləcək
Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin.
Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib
Sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Əli Həsənov: "The Guardian" Azərbaycan haqqında nə vaxt həqiqətləri yazıb ki?
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) adlı qurumun xarici mediada yaydığı məlumatlar Azərbaycana qarşı qarayaxma kampanyasının bir hissəsidir və həqiqəti əks etdirmir. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin "Hürriyyət" qəzetinə açıqlamasında deyib.
Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa etdi
Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa edib. Səfirlikdə baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi fəaliyyətini tam bərpa etməyə müvəffəq olub. Beləliklə, həm qısa müddətli (C) və uzun müddətli (D) vizası üçün ərizəçilər ifr.mfa.gov.hu saytından görüş vaxtı təyin edərək müraciət edə bilərlər.
Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı maliyyə vəsaiti ayrıldı
Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Svazilend Kralına təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Svazilendin Kralı Əlahəzrət III Msvatiyə təbrik məktubu göndərib.
Lənkəranda çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Hacı Əliyev və Məhəmmədrəsul Məcidova Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Njdenin abidəsinin güllələnməsi - Yerevanın faşist rejiminə mesaj
Faşistlərlə əlbir olmuş Qaregin Njdenin Ermənistandakı abidəsinin güllələnməsi göstərdi ki, erməni xalqı ölkədə faşist ideologiyasının zorla yayılmasını qəbul etmir. Azadinform xəbər verir ki, bunu “İnterfaks-Azərbaycan”a politoloq Fuad Axundov bildirib. “Bu, yalnız faşist Njdenin başına yox, həm də faktiki olaraq faşizmi dövlət siyasəti statusuna qaldırmış Ermənistan hakimiyyətinin başına atılan güllələrdir.
“Avropa ilə Türkiyə arasında danışıqlar artıq dayandırılıb”
“Türkiyədəki hazırkı siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqların davam etməsinə imkan vermir”. Məlumata görə, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner deyib.
Politoloq: “Sarkisyan Ermənistandan qıraqda artıq heç kimi aldada bilmir”
“Ermənistan prezidenti Serj Sərkisyanın açıqlamasına görə ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın fikirləri istefa vermiş məmurun daha sərbəst statusda bildirdiyi fikirlərdir. Başqa sözlə, siyasi və hüquqi gücü yoxdur”.













