Siyasət

Müdafiə naziri “MSPO - 2017” sərgisində iştirak edir 

6 Sentyabr 2017 13:33

Polşada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

Qarabağ probleminin həlli ilə bağlı irəli sürülən təşəbbüslər

6 Sentyabr 2017 13:24

Son zamanlar bəzi şərhçilər, politoloqlar ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasını az qala Azərbaycanın böyük uğuru, qələbəsi kimi şərh edirlər. Bu zaman bir qayda olaraq bu açıqlamaların Ermənistan ictimaiyyətində ciddi ajiotaj, apatiya yaratdığına, güya Ermənistandakı böhranlı siyasi durumu daha da dərinləşdirdiyinə əsaslanırlar. Təkamül Partiyasının sədri Teyyub Qəni isə hesab edir ki, Hoqlandın açıqlamalarına ermənilərin mənfi münasibət bildirmələri başadüşüləndir.

“Nalbandyanla hansı məsələlərin müzakirə ediləcəyi hamıya bəllidir”

6 Sentyabr 2017 13:05

"Ermənistan xarici işlər naziri ilə görüş razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib".  Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, görüşdə hansı məsələlərin müzakirə edəcəyi hamıya bəllidir.  "Yeganə lazım olan odur ki, siyasi qərar olsun. Bu qərar əsasında isə Ermənistan silahlı qoşunları geri çəkilməlidir", - deyə nazir vurğulayıb. 

“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”

6 Sentyabr 2017 13:01

“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinə hazırlanır

6 Sentyabr 2017 12:59

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə edib. Bunu brifinq zaman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ölkələr həmçinin gələcək əməkdaşlığın yol xəritəsini hazırlamaq barədə də razılığa gəlib.

Əli Əhmədovdan açıqlama

6 Sentyabr 2017 12:56

Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının “sevimli” məşğuliyyətinə çevrilib. Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış materialı ilə bağlı açıqlamasında deyib.

“ABŞ üçün riskli vəziyyət yaranıb”

6 Sentyabr 2017 12:47

“Hesab edirəm ki, hazırda ABŞ üçün riskli vəziyyət yaranıb”.  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.  O bildirib ki, ABŞ-ın siyasi elitası prezidentlərini cəzalandırır və onların cəza aləti Rusiyadır. Politoloq əlavə edib ki, ABŞ-ın elə bir imici var ki, onun ərazisinə heç kim bir güllə də ata bilməz: "Lakin Şimali Koreya rəsmiləri ABŞ-ın təsir  zonasına daxil olan Guam adasına zərbə endirəcəyini bildirir. Lakin ABŞ-ın yeritdiyi siyasət Şimali Koreyaya qarşı koalisiya yaradılmasına imkan vermir. Yəni bu siyasət Çin  və Rusiyanın kənarda qalmasına səbəb olur". 

Prezidentinin mətbuat katibi: "Bu tamamilə gülünc və qərəzli məlumatdır"

6 Sentyabr 2017 12:22

Azər Qasımov “The Guardian” qəzetində barəsində yazılanlara münasibət bildirib. Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov  “The Guardian”  qəzetinin 4 sentyabr tarixli sayında "Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki" iddialarda adının çəkilməsinə münasibət bildirib.

Azərbaycan,Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşündə 2 sənəd imzalanacaq

6 Sentyabr 2017 12:05

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekununda nazirlər Bakı deklarasiyasını və 2017-2019-cu illər üzrə fəaliyyət planını imzalayacaq. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Nazir: "Ərdoğan Azərbaycana sentyabrın sonunda səfər edəcək"

6 Sentyabr 2017 11:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxmini vaxtı məlum olub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda keçirilən görüşdə bildirib ki, səfər BMT Baş Assambleyasının sessiyasından sonra baş tutacaq.

Düşmən yenə atəşkəsi iriçaplı silahlarla pozur

6 Sentyabr 2017 11:53

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Zakir Həsənov polşalı həmkarı ilə görüşüb

6 Sentyabr 2017 11:52

Polşa Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin Milli Müdafiə naziri cənab Antoni Maçereviçlə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib

6 Sentyabr 2017 10:49

Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.