Siyasət
Bəhruz Quliyev: Faktlar OCCRP-nin feyk qurum olduğunu sübuta yetirmiş olur
“Son dövrlər biz yenidən bir sıra anti-Azərbaycan mərkəzlərinin fəallaşması fonunda bir sıra siyasiləşmiş QHT-lərin, hüquq müdafiə təşkilatlarının, o cümlədən media qurumlarının ermənipərəst mövqelərdən çıxış edərək, şər-böhtan kampaniyalarına start verilməsinin şahidlərinə çevrilməkdəyik. Xüsusilə, ölkəmizdə mühüm ictimai-siyasi hadisələr, seçkilər, əhəmiyyətli tədbirlər ərəfəsində adıçəkilən mərkəzlərin fəallaşması arxasında dayanan bir neçə məqamlar var ki, onlardan biri və ən əsası Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürütməsi, söz sahibinə çevrilməsidir”.
Politoloq: “Məqsəd AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır”
“Xarici mediada Azərbaycanın siyasi elitası haqqında dərc edilən yazıların məqsədi AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır. "Çirkli pullar" haqqında yazılan bu yazılar bizim Rusiya məkanında məğlub etdiyimiz ermənilərin Qərb məkanındakı mətbuatda çıxışlarıdır”.
Onlar Azərbaycana qarşı olanlarla bir cərgədədirlər - Fotofakt
Deputat: "Bu cür kampaniya Azərbaycanı deyil, daha çox Qərbin özünü zərbə altında qoyur"
Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil. Bunu Milli Məclisin deputatı Zahid Oruc OCCRP adlanan qurumun ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı" layihəsi) "hesabat"ı və bu "hesabat" əsasında bəzi xarici KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.
Deputat: "Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub"
Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir.
Novruz Məmmədov: “Sorosun başı havalanıb”
"Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov özünün facebook səhifəsində yazıb.
"Azərbaycana qarşı qarayaxma kampaniyası aparan ermənipərəst qüvvələr istəklərinə nail ola bilməyəcəklər"
Bəzi qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparırlar. Dövlətimizə və onun rəhbərliyinə böhtan atmağa çalışanlar ermənipərəst qüvvələrdir. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.
Bakıdan Ankara və Tbilisiyə ÇAĞIRIŞ
Bakı Ankara və Tbilisini münaqişələrin həll olunması üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırıb. Bunu bu gün Bakıda keçirilən brifinq zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Bakı Bəyannaməsi imzalandı
Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında keçirilən VI üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb. Siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqlik vurğulanıb.
Dövlət başçısı: "Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontrakt imzalanacaq"
"Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var". Bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
Prezident: BP və SOCAR-ın əməkdaşlığı nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər əldə edilib
““Şahdəniz” qaz yatağının işlənməsi Azərbaycan üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. Mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq səviyyəsi 96%-dir. Bu o deməkdir ki, artıq layihə reallaşıb. “Xankəndi” gəmisi olmadan “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil”. bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
Prezident: "Xankəndi" gəmisinin "Şahdəniz" yatağının işlənməsində əvəzolunmaz xidməti olacaq"
"Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir". Bu barədə prezident İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı bildirib.
Deputat: Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq
“Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq. Azərbaycan hakimiyyəti, ayrı-ayrı dəyərli vətəndaşlarımız olmayan hadisədə günahlandırılır”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.
Prezident İlham Əliyev: "Koreya yarımadasında baş verənlər ciddi təhlükə mənbəyidir" -YENİLƏNİB
Prezident İlham Əliyevsentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
Lobbi maraqlarının sifarişçisi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı
Azərbaycan dövlətinin artan iqtisadi və siyasi gücü, həm regionda, həm də beynəlxalq aləmdə söz sahibinə çevrilməsi erməni lobbisi, eləcə də bu lobbinin maliyyəsi ilə fəaliyyət göstərən Qərbdəki, Avropadakı bəzi təsisatları, qeyri-hökumət təşkilat və qurumlarını ciddi şəkildə narahat edir.














