Siyasət

Gürcüstan prezidentindən Dağlıq Qarabağ AÇIQLAMASI: "Fəlakət ola bilər"

26 Sentyabr 2017 16:18

"Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər". Bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə Ermənistan parlamentinin sədri Ara Babloyan ilə görüşdə deyib.

Zakir Həsənov İtaliya səfiri ilə görüşüb

26 Sentyabr 2017 14:11

Sentyabrın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

"İraqda baş verənlər bölgədə gərginliyə səbəb olacaq"- MÖVQE

26 Sentyabr 2017 13:13

“İraq Kürdüstanında keçirilən referendum bölgədə çox ciddi gərginliyə səbəb olacaq. Çünki ilk növbədə İraq hökuməti belə bu seçikiləri tanımır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Sarkisyan inadkarlıq edirsə, onunla görüşə nə ehtiyac var?”

26 Sentyabr 2017 12:37

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü Ermənistan tərəfinin yanaşmasından asılıdır. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov açıqlamasında deyib.

XİN: Beynəlxalq sərgidə qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb

26 Sentyabr 2017 12:22

14-21 sentyabr tarixlərində Yaponiyada keçirilən “Tourism Expo Japan” sərgisində Ermənistan tərəfi yenə təxribata əl atmağa çalışaraq, Ermənistana aid stendə Azərbaycanın işğal ounmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstərib.

Politoloq: "Sülh prosesini irəliyə aparacaq məsələlər var" 

26 Sentyabr 2017 12:19

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv xarakterli addımların atıldığını görmək mümkündür. ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı yeni təkliflərin olduğunu və bu təkliflərin Azərbaycan və Ermənistan prezidentlərilə müzakirə edəcəklərini bildirirlər”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.

Minsk qrupunun yeni amerikalı həmsədri Azərbaycana səfərini səbirsizliklə gözləyir

26 Sentyabr 2017 11:31

ATƏT-in Minsk qrupunun yeni həmsədri Endryu Şefer yaxın həftələrdə regiona səfər edəcək. Bu barədə E.Şefer məlumat verib. O qeyd edib: "Yaxın həftələrdə həmkarlarımla - həmsədrlər İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) ilə birgə regiona səfərimi səbirsizliklə gözləyirəm". Yeni həmsədr səfərlə bağlı təfərrüatları açıqlamayıb.

"Prezident BMT tribunasından ermənilərə aprel döyüşlərini xatırlatdı"

26 Sentyabr 2017 11:21

"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yeridildiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təşkilatın 4 qətnaməsinin 20 ildən artıqdır ki icra olunmadığını bir daha dünya ictimaiyyətinə çatdırmış oldu". Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Prezident İlham Əliyev Angela Merkeli təbrik edib

26 Sentyabr 2017 11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu ünvanlayıb.

Düşmən atəşkəs rejimini intensiv şəkildə pozur

26 Sentyabr 2017 10:54

 “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 152 dəfə pozub.

Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

26 Sentyabr 2017 10:41

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur. Məlumata görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib.