Siyasət

Düşmən atəşkəs rejimini intensiv şəkildə pozur

26 Sentyabr 2017 10:54

 “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 152 dəfə pozub.

Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

26 Sentyabr 2017 10:41

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur. Məlumata görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib. 

Cəbhə bölgəsində yerləşən hərbi hissədə  döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib 

25 Sentyabr 2017 17:19

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

Stavropolda VIII Rusiya - Azərbaycan Regionlararası Forumu keçiriləcək

25 Sentyabr 2017 16:37

Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya- Azərbaycan Regionlararası Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik" - ATƏT PA

25 Sentyabr 2017 16:04

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb. Xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb. Məcburi köçkünlər ATƏT PA rəsmisinə doğma torpaqlarının 25 ildən artıqdır erməni işğalı altında qalması ilə bağlı narazılıqlarını çatdırıblar.

Kursantların andiçmə mərasimi keçirilib

25 Sentyabr 2017 15:33

 Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunmuşdur ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşmışdır. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Qarşılayın, nasistlər gəldilər - Alman seçkiləri Bakı üçün nə deməkdir?

25 Sentyabr 2017 13:29

Almaniyanın baş naziri Angela Merkelin başçılıq etdiyim CDU/CSU alyansı ölkə parlamentinə (bundestaq) keçirilən seçkiləri uduzub. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, CDU/CSU alyansı səslərin 33 faizini qazanıb. Almaniya Sosial-Demokrat Partiyası (SPD) 20,5 faiz səs yığarapq ikinci yeri tutub. Bu isə alyansın tarixində ən pis göstəricidir. Almaniya sosial-demokratlarının lideri Martin Şults seçkilərdə məğlubiyyətini etiraf edib: "Məğlubiyyətimizin səbəbi ənənəvi seçicilərimizə məramımızı anlada bilməməyimizdir". Ultrasağçı, neonasist "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AFD) hərəkatı səslərin 12,6 faizini əldə edib.

“Yaxın Şərqdə hələ güc nisbətinin kimin xeyrinə olacağı məlum olmadığı bir dövrdə...”

25 Sentyabr 2017 13:14

Nəzakət Məmmədova: “Müstəqil dövlət yaradılması müşkül məsələdir” Yaxın Şərq son illərdə baş verən təlatümlərdən özünə gəlməmiş yeni bir təhdidlə üz-üzədir. Bu təhdid ABŞ-ın İraqa qarşı 26 il əvvəlki "Səhrada fırtına" əməliyyatı ilə başlasa da, "Ərəb baharı" adı verilən, əslində isə nəinki ərəblərin, bütün Yaxın və Orta Şərqin qışına çevrilən dövlətlərin sərhədlərinin dəyişməsi, xaos, terror, miqrant axını kimi problemləri özü ilə gətirən fəlakətlər zəncirinin son halqalarından biri, bəlkə də kuliminasiya nöqtəsidir. İraqda başlayan xaos İraqda başa çatacaqmı?! Söhbət suveren dövlətin ərazisində qeyri-qanuni olaraq müstəqil Kürdüstan dövlətinin yaradılmasından gedir. Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyir ki, bu ideya sadəcə ideya olaraq qalırdı, indi onun reallaşması tarixdə heç zaman olmadığı qədər realdır: “Kürdlər Yaxın Şərqin tarixində müəyyən rol oynamış olsalar da, onların heç zaman müstəqil dövlətləri olmayıb.

Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib

25 Sentyabr 2017 12:39

Naqif Həmzəyev: “Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir”  Azərbaycan dövləti daim gənclərə diqqət və qayğı ilə yanaşıb, onların gələcək inkişafı üçün lazımi addımlar atıb. Gənclərin sosial, daha dəqiq, elm, təhsil, idman sahəsindəki problemlərinin aradan qaldırılması istiqamətində real addımlar atılıb. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan gəncliyi2017-2021-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunun əyani sübutudur. Prezident İlham Əliyevin məlum sərəncamı dövlətin gənclərə olan diqqə və qayğısının əyani təzahürü kimi xarakterizə edilir və ölkə gəncləri tərəfindən birmənalı olaraq təqdir edilir.

Ermənilər nəhayət anlamalıdırlar ki...

25 Sentyabr 2017 12:38

Artıq onların şantaj siyasəti özünü doğrultmur Avronest Parlament Assambleyasınının Azərbaycanın paytaxtı Bakıda reallaşan “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” movzusunda konfransı başa çatıb. Konfransa Ermənistan nümayəndə heyətinin qatıldığını nəzərə alsaq, belə bir sual yaranır: Ermənistan parlament təmsilçilərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirə qatılması hansı zərurətdən irəli gəlir, yaranmış vəziyyət Azərbaycanın, yoxsa Ermənistanın maraqlarını cavab verir? Konfransın təşəbbüskarı Avronest Parlament Assambleyasının Sosial , Təhsil, Vətəndas Cəmiyyəti və Mədəniyyəti  Komitəsinin həmsədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinə qarşı ciddi cədlər edilib.

Nazir: Pakistan Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir

25 Sentyabr 2017 11:15

Pakistan dost ölkə olan Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. XİN-dən “Olaylar”a verilən məlumata görə, bu fikir Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asif ilə görüşündə səslənib. Görüşdə E.Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib.