Siyasət

Xəzəryanı gənclər forumu başa çatdı 

25 Sentyabr 2017 11:14

Qazaxıstanın Aktau şəhərində öz işinə başlayan “Beynəlxalq Xəzəryanı Gənclər forumu” 23 sentyabr tarixində yekunlaşdırıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumun açılış mərasimini  Manqustau vilayətinin başçısı Yeralu Toğjanov edərək, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da  inkişaf etdirəcəyinə,  gənclərin fikir mübadiləsi apararaq, yeni bilik və təcrübələrə yiyələcəyinə, bununla da  münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmin yaradacağına əminlik bildirildi

Elmar Məmmədyarov: “Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verir”

25 Sentyabr 2017 11:11

 Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb.

Ermənilər 148 dəfə atəşkəsi pozub

25 Sentyabr 2017 10:44

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 148 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sərkisyanın BMT BA-da erməni dilində çıxışı yalnız diaspordan şəxsi maraqları üçün pul qoparmağa xidmət edir

25 Sentyabr 2017 10:28

Ermənistan prezidenti S.Sərkisyan BMT Baş Assambleyasında erməni dilində çıxış etdi. BMT-nin rəsmi 6 dilindən biri olan rus dilini sınıq-salxaq bildiyi halda da çıxışını rus dilində etmədi.  Ermənistan prezidentinin çıxışının mətninin rus və ya ingilis dilinə tərcümə olunması da bəlli deyil. Çıxışın mətni ilə tərcümənin fərqli olması ehtimallıdır. Ona görə S.Sərkisyanın BMT Baş Assambleyasındakı çıxışı Ermənistanın daxilinə və diaspor ermənilərinə hesablanmış addım idi: S.Sərkisyan hakimiyyətdən gedir, ona öz cibini doldurmaq lazımdır. Dünya Bankı, Beynəlxalq Valyuta fondu və digər strukturlar yeni kreditlər vermir. Yeni kreditlər verilsəydi, S.Sərkisyan əvvəlki qaydada korrupsiya vasitəsilə kreditlərdən müəyyən qədər vəsait cibinə qoya bilərdi. Ona görə diasporu çağırdı və guya yeni Ermənistan qurur, Ermənistan güclənir, Ermənistanın prezidenti BMT BA-nın tribunasından çıxış edir və bu adla da diasporda bir-iki emosional şəxsdən müəyyən qədər yəqin ki, pul götürəcək.

Konsul İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkdi

25 Sentyabr 2017 09:53

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb. Azərbaycan XİN-dən  verilən məlumata görə sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.

Prezident İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında

24 Sentyabr 2017 16:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.  “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib.

Erməni deputatlar Bakıya necə gəliblər?

22 Sentyabr 2017 16:47

“Bizim bura gəlməyimizlə bağlı müəyyən məsələlər var idi. Avronest-in katibliyi və Azərbaycanın Avronest-dəki katibliyi tərəfindən təşkilati məsələlərdə hansısa maneələr olurdusa, onlar dərhal həll edilirdi.  Qalacağımız mehmanxananın administratoruna izah etmək çətindir ki, ermənistanlı parlamentarilər forumda çıxış edəcək. Bunlar həll olundu. Aviaşirkətlə bağlı, Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki biz Bakıya gedirik. Amma hamısı həll olundu. Mən əminəm ki bunlar daha çox siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin periodik səfəri olmur”. “Olaylar” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. Erməni deputat bildirib ki, münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi hələlik yox dərəcəsindədir:

Hadı Rəcəbli: “Azərbaycanda 50-dən çox etnik qrup var” 

22 Sentyabr 2017 16:34

“Parlamentin qəbul etdiyi iki qanun model qanun kimi həm beynəlxalq miqyasda, həm də MDB üçün örnək göstərilir. Qadınlar üçün çoxlu hüquqlar mövcuddur. Bunların artması üçün böyük işlər görülür”. “Olaylar” xəbər verir ki, bunu Milli məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədri bildirib ki, Azərbaycan parlamenti büdcəsi sosial sahəyə yönləndirir: “Qeyd edim ki, sosial sahəyə büdcədən 28 faiz vəsiat ayrılıb. Azərbaycanda bütün xalqlar bərabarə yaşaya bilir. Azərbaycanda 50-dən çox etnik qrup var.

Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək

22 Sentyabr 2017 15:59

“Şimali İraqd Kürd muxtariyyətinin sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan referendum müzakirələrində siyasi partiya və təşkilatların ümumi bir ortaq möveyi yoxdur. Bir qrup siyasi partiyalar referendumun əleyhinə, bir qrup isə leyhinədir. Göründüyüy kimi daxili yekdil mövqeyə sahib ola bilməyən siyasi qüvvələrin ayın 25-dən sonra aralarınakı düşmənçilikləri daha da inkişaf edəcək”. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədualazadə deyib ki, referendum keçirilsə də muxtariyyətin müstəqilliyi sual altnda qalacaq: “Mərkəzi Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək. Türkiyə və İranın prosesləri yaxından izləməsinə baxmayaraq, Birləşmiş Ştatların və Qərbin müəyyən qruplarının bu referenduma dəstək verdiyi şübhəssizdir.

Parisdə erməni təxribatının qarşısı alınıb 

22 Sentyabr 2017 15:28

Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xiudmətindən “OLAYLAR”-a bildirilib ki, Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb. Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.

İŞİD-dən azad edilən azərbaycanlı uşaqlarla bağlı tədbirlər görülür

22 Sentyabr 2017 15:24

Suriya və İraqda İŞİD-dən azad edilən ərazilərdə tapılan uşaqlarla bağlı bizim qurumda məlumatlar var. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, başqa qurumlar tərəfindən bu məsələnin həlli istiqamətində tədbirlər görülür: "Əminəm ki, bu tədbirlər nəticə verəcək".

Almaniya parlamentinin üzvləri Azərbaycana səfər edəcək

22 Sentyabr 2017 14:34

Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan səfər edəcək. Almaniyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, oktyabrın 2-dən 4-dək davam edəcək səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədlərin seçilməsidir. Nümayəndə heyətinə Bundestaqın deputatı cənab Kai Gerinq rəhbərlik edəcək. Məlumatda bildirilir ki, bu proqram Almaniya Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.

Azərbaycan dinlərarası tolerantlıq məkanı kimi tanınır

22 Sentyabr 2017 14:11

Mübariz Qurbanlı: “Din pərdəsi altında gizlənərək ölkəmizdə hökm sürən tolerant və multikultural şəraiti pozmağa cəhd göstərən bəzi radikal qruplar var” Bu gün həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyinin geniş şəkildə təbliğinə ehtiyac duyulur. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və digər qeyri-hökumət təşkilatları paytaxt Bakıda və regionlarda çoxsaylı tədbirlər keçiriblər.