Sarkisyan İlham Əliyevi gözlədi - Cenevrədə maraqlı görüntülər - VİDEO
17 Oktyabr 2017 10:11 SiyasətAzərbaycan və Ermənistan prezidentləri bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Publika.az xəbər verir ki, əvvəlcə prezidentlər hər iki ölkənin XİN rəhbərləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşüb.
Daha sonra prezidentlərin təkbətək görüşü başlanıb. Ermənistan mediasında prezidentlərin təkbətək görüşünü əks etdirən qısa videogörüntülər yayılıb. Videoda diqqət çəkən məqam Ermənistan prezidentinin təkbətək görüşün keçirildiyi masaya daha öncə əyləşməsi və Azərbaycan liderini gözləməsidir.
Azərbaycan prezidenti gəldikdən sonra təkbətək müzakirə başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31