Cenevrə görüşü: gözləntilər və nəticə
Nəhayət ki, uzun müddətli fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Cenevrədə keçirilən görüşdə problemin həlli istiqamətində tərəflər ciddi bir razılıq əldə etməsələr də, hər halda danışıqların baş tutması müəyyən mənada müsbət tendensiya hesab edilir. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü barədə ekspertlərin mövqeyi birmənalı deyil. Bəziləri bu görüşü irəliyə doğru addım, bir başqaları isə əvvəlki görüşlərdən heç bir fərqi olmayan nəticəsiz danışıqlar kimi dəyərləndirib.
17 Oktyabr 2017 14:06 SiyasətBirmənalıdır ki, həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilməlidir
Bu təzyiq yoxdursa, istənilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq
Nəhayət ki, uzun müddətli fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Cenevrədə keçirilən görüşdə problemin həlli istiqamətində tərəflər ciddi bir razılıq əldə etməsələr də, hər halda danışıqların baş tutması müəyyən mənada müsbət tendensiya hesab edilir. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü barədə ekspertlərin mövqeyi birmənalı deyil. Bəziləri bu görüşü irəliyə doğru addım, bir başqaları isə əvvəlki görüşlərdən heç bir fərqi olmayan nəticəsiz danışıqlar kimi dəyərləndirib.
Millət vəkili Sahib Alıyev hesab edir ki, Serj Sərkisyanın və ardından da digər Ermənistan rəsmilərinin bu danışıqlardan böyük gözləntilərinin olmadığını bildirmələri artıq çox şeydən xəbər verir. Millət vəkilinin sözlərinə görə, ilk növbədə ondan xəbər verir ki, danışıqlar öncəsi Rusiyanın öz forpostuna silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz: "Xatırladaq ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri keçən ilin iyununda Rusiyanın moderatoluğu altında Sankt-Peterburqda keçirilmişdi. Əgər Moskva doğrudan da danışıqlarda irəliləyiş istəsəydi, prezident Putin cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq, MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində tərəflərlə Qarabağ məsələsiylə bağlı ya ayır-ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi.
Belə bir görüş olmadısa, üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, Serj Sərkisyan və komandası bu görüşdən böyük gözləntilərinin olmadığını deməyib də nə deyəcəkdilər ki? Moskvanın heç öz moderatorluğu altında deyil də neytral bir məkanda-Cenevrədə keçirilən danışıqlara niyə bu cür yanaşdığı aydındır. Məsələ burasındadır ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün qərbdəki bəlli çevrələr də yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər. Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Çıxarıldımı, yox". Sahib Alıyevin sözlərinə görə, buradan da görünür ki, Sərkiysanı Cenevrəyə aparan və apartdıran ancaq Azərbaycanın gücü, bu gücə dayanan cəbhədəki mövqe üstünlüyü, həmən üstünlükdən irəli gələn əks-təxribat əməliyyatlarıdır: "Dövlət başçımızın işğaı altındakı torpaqları qaytarmaq üçün hər bir addımı atacağımız, ötən ilin aprelində baş verənlərin yenidən təkrarlanacağı haqda ən müxtəlif kürsülərdən etdiyi xəbərdarlıq olmasaydı və hay havadarlarıyla himayədarları bunun üçün qətiyyətli şəkildə hazırlıqlar(burda, sadəcə, keçirilən təlimlər və müdafiə naziri Zakir Həsənovun son bir aydakı səfərlərinı xatırlatmaq yetər)da görüldüyünü bilməsəydilər, Sərkisyan Cenevrəyə göndərilməyəcəkdi. Bəli, Sərkisyan bu görüşə getmir, gözdən pərdə asmağa, sülh danışıqlarına forpostun guya hazır olduğu, belə bir perspektivin hələ qaldığı təsəvvürünü yaratmağa göndərilir. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən dövlət başçımız cənab İlham Əliyev bir stol arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq veirir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar. Yəni bizim qələbəmizdən məmnunuluq duymasalar da, yaranmış reallığı çar-naçar həzm etsinlər, necə ki, ötən il həzm etmişdilər".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili həmsədrlərin son bir ildəki ən böyük arzusu idi. Onun sözlərinə görə, vasitəçilər arzularını nəhayət ki, Cenevrədə reallaşdırdılar və görüşün nəticəsiylə bağlı yekun bəyanata belə bir cümlə əlavə etməyə nail oldular: " "Görüş konstruktiv mühitdə keçdi". Böyük ehtimalla həmsədrlər bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda heç bir belə görüş keçirməyə cəhd etməzdilər. Görüş konstruktiv keçirdi - nə deməkdir? Yəni prezidentlər görüşlərini davam etdirməyə razılaşdılar. Bu proses onsuz da davam edirdi. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər, ötən il hətta aprel döyüşlərindən sonra iki dəfə görüşdülər. Bəs nəticə nə oldu? Heç nə. Torpaqlar işğal altında qalmaqda davam edir, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir. Cenevrə görüşündən sonra da heç nə dəyişmədi". Politoloq ortaq bəyanatda olan digır bir məqama da diqqət çəkib: "Bəyanatda belə bir cümlə də var. "Prezidentlər təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar". Bunun baş verməsi üçün yuxarıdakı şərt yerinə yetirilməlidir, yəni Ermənistan şifahi də olsa Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlıq ifadə etməlidir. Bu olmadıqca biz atəşkəsə niyə riayət etməliyik ki? "Təmas xətti boyunca gərginliyi azaltmaq"yolunda ən böyük addım o olardı ki, snayperlər və geniş məsafəli raket qurğuları təmas xəttindən geri çəkilərdi. Azərbaycan geri çəkirmi? Yox! Çünki masa üzərində sülhə razılaşmayan işğalçıya qarşı təzyiq davam etdirilməlidir. Və nəhayət bəyanatın özü haqqında. Vaxtilə Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinə bu bəyanatdan dəfələrlə güclü sənədə imza atdırmışdı. Həmin sənəddə xeyli maddə var idi. Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilməlir. Bu təzyiq yoxdursa, istəilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq. Cenevrə görüşü heç olmazsa Dağlıq Qarabağdakı iki girovumuzun azad olunmasına şərait yaradardı və ya Ermənistan üzərinə öhdəlik götürərdi ki, işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacaq, fabrik inşa etməyəcək, köçürmə həyata keçirməyəcək. Bunlar olacaqsa, Cenevrədəki görüşü tək elə buna görə müsbət adlandırmaq olacaq".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, əvvəlcədən gözlənildiyi kimi, bu görüşdə də hər hansı irəliləyiş əldə olunmadı. Politoloq bildirib ki, yalnız, cəbhədə nisbi atəşkəsin qorunması və danışıqların davam etdirilməsi qeyd edildi. Bununlada şifahi razılıq əldə olunduğu vurğulandı: "Qeyd edək ki, Serj Sarkisyan görüşdən sonra, Ermənistan səfirliyində lobbi nümayəndələri ilə görüşdə qeyd etdi ki, "İlham Əliyevlə Qarabağ probleminin həlli ilə bağlı variantımız yoxdur". Bununla da, danışıqlarda irəlləyiş üçün razılığın olmamasını vurğuladı. Bu görüşdə bir daha erməni prezident danışıqlar prosesində yalnız imitasiya üçün görüşdüyünün mesajını vermiş oldu. Qeyd edək ki, Ermənistan irəliləyiş üçün hər hansı məqbul varianta gəlmirsə, cəbhədə atəşkəsin qorunmasından söhbət gedə bilməz. Həmçinin, Sərkisyan :"Bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun." qeyd edərək, bir daha kompromis mövqe ortaya qoymamış oldu. Göründüyü kimi, Ermənistan danışıqlarda irəlləyişin olmasında maraqlı deyil. Və, heç bir kompromisə getmir.
Bəli, Cenevrədə Qarabağ probleminin həlli bir daha dalana dirəndi. Sərkisyanın açıqlamaları, bir daha problemin danışıqlar prosesinə zərbə kimi qiymətləndirirəm. Rəsmi Bakının bundan sonra, mövqeyi maraqlıdır. Sərkisyan heç görüşdən bir saat keçməmiş, danışıqları sabotaj etdi. Rəsmi Bakı daima qeyd edirdi ki, nəticəsiz danışıqlar naminə görüşlərə qatılmayacaq. Artıq, nəticəsiz görüş baş tutdu. Xüsusi olaraq, qeyd edək ki, Minsk qrupu bu görüşü keçirməklə, gələn il apreldə Ermənistanda konstitusiya uyğun olaraq hakimiyyət strukturlarında dəyişikliklər öncəsi, cəbhədə Azərbaycanı təzyiqlərdən çəkinmək üçün təminat almaq istəyirdi. Və, bu görüşdə Bakının təminat verib-verməməsi növbəti aylarda aydın olacaq".
Süleyman