Siyasət

Millət vəkili: "Rəsmi İrəvan praktik addımlar atmır" 

27 Sentyabr 2017 13:02

"Xarici işlər nazirlərinin görüşünün keçirilməsi faktının özü müsbətdir. Lakin görüşlərin nəticəsi olmalıdır”. Bu sözləri açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaza səfəri ilə bağlı hesabat təqdim edəcək

27 Sentyabr 2017 12:23

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regiona səfəri ilə bağlı oktyabrın 4-də ATƏTPA Daimi Şurasına hesabat təqdim edəcək. ATƏTPA-nın yaydığı məlumatda bildirilir ki, hesabatda müəllifin regionda fəaliyyəti ilə bağlı konkret təkliflər yer alacaq.

23 Sentyabr Ermənistan diplomatiyası üçün qara gün oldu- Mübariz Əhmədoğlu

27 Sentyabr 2017 11:44

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda BMT BA müstəvisində ATƏT MQ həmsədrlərinin təşkilatçılığı ilə görüşdü. Ermənistan XİN-in belə görüşlərə 2 elementdən ibarət xüsusi yanaşması mövcuddur: Əsas məqsəd belə görüşlərin baş tutmasına imkan verməməkdir.

Yaşar Aydəmirov: “Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnəlib”

27 Sentyabr 2017 11:35

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.  General açıqlamasında bildirib ki, bu, Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür.

Ermənilər 131 dəfə atəşkəsi pozub

27 Sentyabr 2017 11:03

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.

Prezident İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

27 Sentyabr 2017 10:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsentyabrın 27-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.

Prezident İlham Əliyev Tofiq Sarıcalinskini ordenlə təltif edib

26 Sentyabr 2017 18:03

Prezident İlham Əliyev T.Q. Sarıcalinskinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına "Əməkdar artist" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxsləri təltif etdi

26 Sentyabr 2017 18:01

Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Prezident İlham Əliyev Salyana 6,5 milyon manat ayırdı

26 Sentyabr 2017 17:57

Prezident İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Salyan rayonunda əsas kapitala yönəldilmiş vəsait 44,2 dəfə, tikinti quraşdırma işlərinin həcmi 79,2 dəfə artmış, bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, 48 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 17 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

ATƏT-in xüsusi nümayəndəsi: "Status-kvonun davam etməsinə razı ola bilmərik"

26 Sentyabr 2017 17:23

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti bu gün Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşüb.  Milli Məclisdən verilən məlumata görə, görüşdə B.Muradova bildirib ki, ATƏT-ə üzv ölkələrin parlament nümayəndələri ilə neçə illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan ATƏT regionunda üzləşdiyi problemləri, çətinlikləri aradan qaldırmaq istiqamətində çox ciddi əməkdaşlıq təcrübəsinə malikdir.

Prezident: “Ermənistanın imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm” - YENİLƏNİB

26 Sentyabr 2017 16:33

Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Məlumata görə, C. Appaturay NATOadından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə edib. C. Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirib.