Siyasət
Xalça Muzeyinin əməkdaşları təltif ediliblər
Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Şəkinin Kiş kəndində abadlıq-quruculuq işlərinə 1 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, “Aşağı Karvansaray” kompleksi, “Şəki xanlarının evi” bərpa olunmuş, ən müasir tələblərə cavab verən “Şəki Saray", “Sheki Palace” və “Yaffle İnn” mehmanxanaları, “Şəki Park” istirahət mərkəzi, “Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilmiş, ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
"Azərbaycanın reytinqdə yüksəlməsi Prezidentin apardığı düzgün siyasətin nəticəsidir"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan Prezidentinin apardığı düzgün və düşünülmüş siyasətin nəticəsidir.
Deputat: “Xankəndinə səfər edənlərin türk olması şübhə doğurur”
“Türkiyə vətəndaşlarının bir qrupunun Xankəndinə getməsinə təəssüf edirəm. Bu, onların qardaş Azərbaycan xalqına qarşı xəyanətidir”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkilindən QORXUNC XƏBƏRDARLIQ
Atatürk Qərbin planını belə POZMUŞDU: 1937-ci il paktı DİRİLİR
Leyla Əliyeva Prezidentdən yazdı: "Ən yaxşı ata" - FOTO
Azərbaycan-İsveçrə əlaqələri inkişaf edir
Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin (XİN) Avropa, Mərkəzi Asiya, Avropa Şurası, ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şeyxlə savaş və Abutalıbovun diski - ATV rəhbərliyi niyə bitirildi...
Səfir: “ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunur”
“Son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır”. Bunu Xaçmazda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, ikitərəfli münasibətləri yaxşı qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, son dövrlər ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşaihidə olunmaqdadır. Ötən günlərdə məşhur neft müqaviləsinin müddəti uzadıldı. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştrak edir. Bundan ələvə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq”.
Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənir
Azərbaycan dövləti bütün parametrlər üzrə işğalçı Ermənistanı geridə qoyur. İstər iqtisadi, istər hərbi, istərsə də diplomatik sahədə. Son vaxtlar müşahidə etdiyimiz proseslər, ortada olan mənzərə belə deməyə əsas verir. Belə ki, bir neçə gün əvvəl “Azəri”, “Çırqa”, “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi baxımdan, Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsi, İsraillə hərbi əməkdaşlıq sahəsində keçirilən görüşlər, “TurAZ Qartalı-2017” adı altında keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri, eləcə də Pakistanın Hərbi Hava Qvvələrinin rəhbərliyinin Azərbaycana səfəri rəsmi Bakının İrəvan qarşısında hərbi üstünlüyünü ortaya qoyurdu. Ən son BMT-nin Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyevin geniş və məzmunlu çıxışı və Ermənistanın timsalında dünyaya etdiyi xəbərdarlıq mesajı Bakının işğalçı ölkə qarşısında diplomatik üstünıüyündən xəbər verirdi. Bununla dövlət başçısı bir daha Azərbaycanın haqq səsi, erməni separatizmi, işğalçılığını dünya ictimaiyyətinə çatdırmış oldu və beynəlxalq aləmi işğalçıya təzyiq göstərməyə çağırdı.
BMT Təhlükəsizlik Şurasında islahatlar zamanın tələbinə çevrilib
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Ona görə də Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir.
Heydər Əliyev Mədət Quliyevi belə təbrik etdi - FOTO
Ziyafət Əsgərov: Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi önəm verir
Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.
"Regionda baş verənlər Azərbaycanda sabitliyə təsir etməyəcək"
“Azərbaycan təhlükəsizlik baxımından dünyaya ibrət verəcək bir təcrübəyə malik olsa da, ölkəmiz sabit olmayan bir regionda yerləşir. Şübhəsiz ki, regionda baş verənlər Azərbaycanın sabitliyinə təsir etməyəcək. Sadəcə olaraq ölkəmizin xarici siyasəti baş verənlərdən müəyyən fikir yenilənməsi əldə edəcək”. Bunu açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.














