Siyasət
"Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib"
ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik həmsədr olduğu dövrlərdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib və düzgün bəyanatlar verib.
Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”
“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”.
Ərdoğan: "D-8-in tərkibi genişlənməlidir"
D-8-in ("İnkişafda olan səkkizlər") tərkibi genişlənməlidir. Bunu İstanbulda D-8 sammitində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, D-8 ölkələri arasında iqtisadi və siyasi əlaqələr genişlənməlidir və bu ölkələr ticarətdə milli valyutalardan istifadə etməlidir.
Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edir
Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü işə başlayıb.
Səməd Seyidov: “Azərbaycanı Avropa Şurası kimi vacib tribunadan məhrum etmək istəyirlər"
AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq bizim üçün o qədər də asan keçmədi. Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin iclasında AŞPA-nın son sessiyası barədə danışarkən deyib.
İtaliya Senatında Azərbaycanla bağlı tədbir keçirilib
Milli Məclisin deputatı Azər Kərimli Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfransda iştirak etmək üçün Roma şəhərində səfərdə olub.
Litva Azərbaycanı özünə strateji tərəfdaş hesab edir
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Sədr müavini xanım İrena Şiaulienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, Spiker tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu xüsusi qeyd edərək, bunun həyatın digər sahələrində də özünü göstərdiyini deyib.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə
Ermənistanın Müdafiə Nazirliyində daha bir fırıldaqçılığın üstü açılıb. “N” saylı xüsusi təyinatlı dəstənin bölük komandirinin müavini, kiçik çavuş Arsen Tadevosyanın saxta diplomla işə düzəldiyi faktı aşkar edilib. Məlumata görə, Arsen Tadevosyan işə qəbul olmaq üçün 2016-cı ilin noyabr ayında Gümrü Dövlət Memarlıq universitetinin saxta diplomunun sürətini təqdim edib. Lakin ona qarşı açılan cinayət işi ilə bağlı araşdırılma zamanı diplomun saxta olduğu üzə çıxıb.
Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU
Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub. 2018-ci ilin dövlət büdcəsində ümumilkidə müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulur.
Musa Qasımlı Prezidentin Türkiyə səfərindən danışdı AÇIQLAMA
"Prezident İlham Əliyevin Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandan ibarət hələ 1997-ci ildə əsası qoyulmuş D-8-lərin İstanbulda keçirilən Zirvə görüşünə xüsusi qonaq olaraq dəvət ediməsinin bir neçə mənası var. İlk növbədə, bu dəvət dövlətimizin dünya və region siyasətində artan rolunun göstəricilərindən biridir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili: “Biz öz sözümüzü istənilən auditoriyada deməliyik”
“ABŞ-ın Helsinki Komissiyasında oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirilən dinləmələrdə qarşıya qoyulan məqsəd bir idi, o da Ermənistanı zərərçəkən tərəf kimi göstərmək və rəsmi İrəvana hazırki administrasiya tərəfindən yardım ayrılmasına nail olmaq idi”. Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.














