Siyasət
Jirinovski Sarkisyan kimi danışdı
"Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur"
Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində
Biznes sektoruna yeni nəfəs: prezident yoxlamaları daha 4 il dayandırır
Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı
Bir qrup energetik medal və fəxri adlarla təltif edildi
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gedib.
XİN: BMT-nin qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı.
Cocuq Mərcanlıdan xəbər var
"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir".
Deputat: Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirədə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi mövzusu qoyulmalıdır. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda brifinqdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlikin "Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz" fikrini söyləməsi müsbət bir haldır: Deputat qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub. A.Mollazadənin sözlərinə görə, BMT-nin 4 məlum qətnaməsinin icrasına başlanıldıqdan sonra sülh mümkündür: "Sadəcə olaraq, beynəlxalq hüquqlara hörmət edilməlidir. Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir".
Xanbala Orucova general-mayor ali hərbi rütbəsi verilib
Prezident İlham Əliyev Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır
Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.
Aydın Hüseynov: Uorlik Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını istəməklə separatizmə son qoyulmasına işarə vurub
Oktyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Ceyms Uorlikin çıxışı təqdirəlayiqdir.
Ermənilər Qarabağda 3 aylıq körpəni, 104 yaşlı qocanı girov götürüblər
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının 745 nəfəri mülki şəxs olub". Bunu "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" movzusunda keçirilən konfransda deyib.
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.













