Terrorun təsiri: ölkələrin göstəriciləri açıqlanıb

London İqtisadiyyat və Sülh İnstitutu 2017-ci ilin qlobal terror indeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, ölkələr terrorun təsirinə məruz qalmaq meyarı üzrə 10 ballıq cədvəllə qiymətləndirilib.

Ön sırada İraq dayanır: 10 bal.

Əfqanıstan 9,4 balla ikinci, Nigeriya 9 balla üçüncüdür.

İlk onluqda Suriya (8,6 bal), Pakistan (8,4 bal), Yəmən (7,8 bal), Somali (7,6 bal), Hindistan (7,5 bal), Türkiyə (7,5 bal), Liviya da (7,2 bal) yer alır.

Qlobal terror indeksində Azərbaycana 1,1 bal verilib.

Rusiyanın göstəricisi 5,3 bal, İranın göstəricisi 3,7 bal, Ermənistanın göstəricisi 2,3 bal, Gürcüstanın göstəricisi 2,1 baldır.

Terrorun təsirinə məruz qalmayan (balı 0 olan) ölkələr siyahısında Türkmənistan, Litva, Latviya, Norveç, Portuqaliya, Rumıniya, Sloveniya, Vyetnam, Şimalı Koreya da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31