Siyasət

Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir

20 Oktyabr 2017 17:25

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, ilk gündən bu layihənin reallaşdırılmasının vacibliyinə inandığını vurğulayıb.

Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar?

20 Oktyabr 2017 16:52

Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqla məşğuldur. Bu barədə  millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Ermənistandan həmişə təxribat xarakterli addımlar gözləməli və ehtiyatlı olmalıdır: "Çünki onların mayası təxribatla yoğrulub. Ermənilərdən yaxşı heç nə gözləmək olmaz. Bir ölkənin ki başçısı hərbi cinayətlər törədə, ondan başqa nə gözləmək olar? Serj Sarkisyan ölkəsini kriminal qanunlarla idarə edir.

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

20 Oktyabr 2017 16:44

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident: “Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir” - YENİLƏNİB

20 Oktyabr 2017 16:16

“Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçib. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artıb, 2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Savadlılıq 100 faizə yaxındır”.

Azərbaycan prezidenti: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

20 Oktyabr 2017 16:13

"Ermənistan 25 ildən artıqdır, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə ErmənistanXocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib".

Deputat: Cenevrə danışıqlarından sonra Brüsseldəki təxribat sülh prosesinə zərbə endirmək cəhdidir

20 Oktyabr 2017 15:59

Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə pozmaq üçün təxribatlar edirlər. 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə keçirilən Avropa ermənilərinin 4-cü “konqresi” də bu fəaliyyətin tərkib hissəsidir.

Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Ermənistanda daşını daş üstündə qoymayacaq”

20 Oktyabr 2017 15:44

Müharibə başlayarsa Azərbaycan ordusu Ermənistanda daşını daş üstə qoymayacaq.“Olaylar” xəbər verir ki, bu fikri Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib. Millət vəkili prezidentlərin Cenevrə görüşündən sonra Serj Sarkisyanın açıqlamalarına reaksiya verərək, onun açıqlamalarını növbəti sayıqlama adlandırıb: “Serj Sarkisyan elə bir müddət öncə Naxçıvanda keçirilən hərbi parada baxıb bir dərs götürsün. Naxçıvanda keçirilən hərbi parad bir daha Azərbaycanın hərbi qüdrətinin göstəricisidir”.

Ekspert: "D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir"

20 Oktyabr 2017 15:34

İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır. Bunu  türkiyəli xarici siyasət üzrə ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib. Ekspert qeyd edib ki, D-8 sammitinin təşkili ölkənin keçmiş baş naziri Nəcməddin Ərbakanın fikri olub: "N.Ərbakandan sonra prezident Rəcəb Tayyib Ərdoğan D-8 ölkələri arasındakı münasibətlərin inkişafına böyük diqqət ayırıb".

Özbəkistan prezidenti: Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın mövqeyi dəyişilməzdir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik

20 Oktyabr 2017 15:31

Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

“Qarabağda müharibə alovlanarsa bu, regional fəlakətə yol açacaq”

20 Oktyabr 2017 15:24

Bütün ciddi cəhdlərə və iradlara baxmayaraq ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu mövzusunda dinləmələr təşkil etdi. Dərhal qeyd edək ki, dinləmələr zamanı Dağlıq Qarabağ probleminin mövcudluğuünün özü beynəlxalq aləm üçün ciddi təhdid olduğu fikirləri səsləndirilib. ABŞ-ın ATƏT Minsk Qrupunda həmsədr olmuş Keri Kavano Helsinki komissiyasında Qarabağla bağlı dinləmələrdə çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, əksinə bu, qaynar və çox təhlükəli münaqişədir.

İstanbulda D-8 IX Zirvə görüşündə Anlaşma Memorandumu imzalandı

20 Oktyabr 2017 15:05

Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

Dəyişiklik səsə qoyularaq qəbul edilib

20 Oktyabr 2017 13:53

Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirib. “Olaylar” xəbər verir ki, deputat deyib ki, bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var: “Biz xırda məsələləri özümüz həll etməliyik.

“Əks addım atmalıyıq” – Deputatdan çağırış

20 Oktyabr 2017 13:50

“Əgər Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq. Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq”.

AŞ PA ilə bağlı iradlar baş katibə göndəriləcək

20 Oktyabr 2017 13:49

Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik.