Siyasət
Erməni diasporu prezident S.Sərkisyandan ciddi narazılığını gizlətmir
Yüksək Kilikiya Evinin başçısı I Aram Avropa ermənilərinin forumunda iştirak edərkən Dağlıq Qarabağı ermənilərin tarixi torpağı adlandırdı və Dağlıq Qarabağın müstəqilliyinin erməni xalqının haqqı olduğunu bildirdi. Ermənilərin ikinci, diasporun birinci keşişi olan I Aram milli tələbkarlıq prinsipini gündəliyə gətirdi. I Aramın fikrincə Ay dat (erməni məsələsi) milli tələbkarlıq prinsipinin dünyanın hər yerində yaymalıdır. I Aram və onun timsalında diaspor başa düşür ki, Dağlıq Qarabağ məsələsində hər şey S.Sərkisyanın və E.Nalbandyanın dediyi kimi deyil. Ona görə o Dağlıq Qarabağ məsələsində tələbkarlığı artırmağı milli məsələyə çevirdi. Bu məsələdə I Aramın mövqeyi mötəbər mövqe kimi qəbul edilə bilər.
"İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir"
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Bakının döyüş tapşırığı İrəvanı QORXUYA SALDI: “Ermənistan ciddi zərbələrlə üzləşə bilər”
Müdafiə naziri Zakir Həsənovun Ali Baş Komandanın tapşırıqlarına əsasən Silahlı Qüvvələr Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirə düşmən tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Zakir Həsənovdan QƏTİ DÖYÜŞ TAPŞIRIĞI: dərhal... - FOTO
Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid olub
Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Fransaya getmək istəyən azərbaycanlılar yeni qaydalarla üzləşəcəklər
Viza üçün müraciət edənlərə bildirilir ki, növbəti həftələrdə Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq. Əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən “TLS Contact” şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq. Bu şirkət Bakıda «Globus Center» də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək. Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :
Ali Baş Komandan tapşırıqlar verib - General
Ermənilər cəbhədə növbəti dəfə təxribatlar törətməyə cəhd etsələr, bu, heç bir nəticə verməyəck. Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib. “Ümumiyyətlə, cəbhə xəttində yaranmış vəziyyətgərginləşəndə bütün qoşun növlərində sayıqlığın gücləndirməsi üçün qərar qəbul edilir. Bu qərar ermənilərə qarşı daha çevik manevr imkanlarına hazırlıq məqsədi daşıyır. Görünür, Ermənistan Dağlıq Qarabağ məsələsini təznimlənməsi üzrə danışıqlar prosesində sülhdən boyun qaçırdığına görə, Ali Baş Komandan müvafiq tapşırıqlar verib. Çünki ermənilər hər an təxribatlar törədə bilər. Onlar ancaq təxribatlarla məşğul olsalar da,indiyə qədər heç bir nəticəyə nail ola biməyiblər”, - general bildirib.
Prezident vacib məqama toxundu - Politoloq
D-8 formatı ilə əməkdaşlıq və üzvlük perspektivi Azərbaycanın tranzit ölkə kimi də mövqelərini daha da gücləndirəcək. Bu sözləri İstanbulda D-8 İqtisadi Əməkdaşlıq TəşkilatınınIX Zirvə görüşünüvə Azərbaycanın sammitdə iştirakını dəyərləndirən analitik Elçin Mirzəbəyli deyib. Analitik diqqətə çatdırıb ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı olduqca önəmli bir iqtisadi əməkdaşlıq platformasıdır və əhalisinin sayı 1 milyard 200 milyon nəfər yaxın olan nəhəng bir ərazini əhatə edir:
Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridildi – Fotolar
Ərdoğan: ABŞ-ı sivil ölkə adlandırmaq olmaz
Türkiyə və Azərbaycan arasında hərbi saziş
Türkiyə Azərbaycanla hərbi sazişi ratifikasiya edib. Bu barədə Türkiyənin “Rəsmi qəzet”inə istinadən məlumat verib. Qeyd olunur ki, sualtı hücum, sualtı müdafiə və ixtisaslaşmış dalğıcların hazırlanması sahələrində əməkdaşlığın möhkəmələndirilməsi barədə sənəd ratifikasiya olunub.
Qarabağda hərbi hissədə partlayış: Xeyli sayda ölən və yaralanan var
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib. Bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar. Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.
Xızıda partlamamış hərbi sursat tapıldı
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
Azərbaycan snayperləri iş başında: bir günə 3 erməni ölür, 1-i yaralanır
“Sputnik Armenia” agentliyinin direktoru, 90-cı illərdə NTV kanalının xüsusi müxbiri işləmiş Dmitri Pisarenko öz arxivndən Qarabağa dair 20 il əvvəl çəkilmiş yeni reportaj yayımlayıb. Reportaj 1997-ci ilin mayında Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” vaxtı təmas xəttində hökm sürən vəziyyətlə bağlıdır. Jurnalist ermənilərin səngərindən çəkiliş aparır və ona xəbərdarlıq edirlər ki, başından dəbilqəni çıxarmasın, çünki Azərbaycan snayperləri işləyir. Cəmi bir neçə dəqiqədən sonra Pisarenko bu xəbərdarlığın boş yerə olmadığına əmin olur, Azərbaycan snayperinin açdığı atəşlə onun bir metrliyində dayanmış erməni əsgər yerə sərilir. Güllə əsgərin başındakı dəbilqəni deşərək onun kəllə sümüyünü dağıdır. Lakin onu xəstəxanaya çatdırmaq və xilas etmək mümkün olur.








.jpg)





