Siyasət

Şəki-Kiş avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayrılıb

23 Oktyabr 2017 18:12

Prezident İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Deputat: Azərbaycanın beynəlxalq nüfuzu daim artır

23 Oktyabr 2017 17:40

Prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) zirvə görüşündə iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və əhəmiyyətinin hər gün artdığını sübut edir.

Azərbaycan prezidentinin köməkçisi: "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib"

23 Oktyabr 2017 15:47

"Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli olan bir qurumdur". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov bildirib. 

Novruz Məmmədov : "Bir milyon qaçqın və məcburi köçkünlə bağlı bəzən dilucu danışan da tapılmır"

23 Oktyabr 2017 15:42

"Bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir". Məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiriNovruz Məmmədov deyib. 

Novruz Məmmədov: “Azərbaycanın D-8 təşkilatına üzvlüyündə bir problem görmürəm”

23 Oktyabr 2017 15:39

“Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvət olunması bir daha Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə və xüsusi əlaqələr olduğunu nümayiş etdirir”.

Ermənistan cəbhədə təxribatlar törətməklə danışıqları prosesini iflic edir

23 Oktyabr 2017 14:59

Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni təxribatının davam etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Cenevrə danışıqlarının faydasız olduğunu bir daha ortaya qoydu. Daha dəqiq desək son olaylar Ermənistanın Cenevrə danışıqlarına görüntü yaratmaq məqsədilə qatıldığı və aqressiyasının hələ də davam etdiyi reallığını bir daha sübuta yetirdi.

Prezidentin köməkçisi: "Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin"

23 Oktyabr 2017 14:16

"Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə vaxtında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov İspaniyada Kataloniya böhranı ilə bağlı deyib.

Novruz Məmmədov: "Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?"

23 Oktyabr 2017 14:02

"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti ilə son görüşdən sonra tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu öz gücünü növbəti dəfə sübut etməyə hazırdır

23 Oktyabr 2017 13:34

Azərbaycan Ordusu öz gücünü növbəti dəfə sübut etməyə hazırdır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən cavab olaraq bildiriblər.

Prezidentin köməkçisi: "Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir"

23 Oktyabr 2017 13:29

"Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Deputat: "Vasitəçilər danışıqları Rusiya ilə aparmalıdırlar" 

23 Oktyabr 2017 13:23

“Ermənistan sülh istiqamətində heç bir addım atmır və atmayacaq da. Çünki nə düşmən ölkə, nə də onun sahibləri bölgədə sülh və sabitlik istəmirlər”. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Əli Kərimlinin mitinqə gəldiyi maşının qiyməti neçəyədir? - VİDEO

23 Oktyabr 2017 13:17

AXCP-nın qeyri-rəsmi sədri, bloqqer Əli Kərimli özünü hər zaman kasıb, məzlum kimi göstərməyə çalışır. O, çıxışlarında işsizlikdən, imkansızlıqdan gileylənir, bununla cəmiyyətdə narazı kütlə yaratmağa çalışır.

Millət vəkili çağırış etdi: Cumhuriyyət qurucularımızın məzarlığında məlumat lövhələri yerləşdirilsin

23 Oktyabr 2017 13:09

Millət vəkili Qənirə Paşayeva Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucuları və fəallarından danışıb. Deputat qeyd edib ki, onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır: “Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti bizə məxsusdur. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Bir neçə gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik.