Siyasət

Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisə

2 Noyabr 2017 14:40

Azərbaycanın iştirakı ilə daha bir mühüm regional və beynəlxalq əhəmiyyətli layihə yekunlaşaraq istifadəyə verildi. Söhbət bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, üç ölkənin Azərbaycan, Türkiyə və Gürcüstanın yeni bir əməkdaşlıq formatından gedir. Artıq neçə gündür ki, bütün dünya mətbuatı məhz bu layihədən yazır desək yanılmarıq. Birmənalı olaraq ortaya qoyulan mövqe və dəyərləndirmə ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional olmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətlidir. Ən əsası sözügedən layihənin reallaşması ilə Azərbaycanın bölgədəki nüfuzu və çəkisinin nə qədər önəmli olduğu xüsusi vurğulanır.

ÜAK-ın qeydiyyatının ləğvi barədə qərardan Rusiya Ali Məhkəməsinə müraciət olunub

2 Noyabr 2017 14:33

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərardan Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə müraciət olunub. Bu gün ÜAK-ın vəkili Ali Məhkəmənin Rəyasət Heyətinə birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının təşkilatın ləğvi haqqında Ədliyyə Nazirliyinin qaldırdığı iddia ilə bağlı çıxardıqları qərarlardan şikayət təqdim edib. 

Prezident İlham Əliyev xalq artistinə "İstiqlal" ordenini təqdim etdi

2 Noyabr 2017 14:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə "İstiqlal" ordenini təqdim edib. 

Nazir: "Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərti var"

2 Noyabr 2017 14:01

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı əməliyyat şirkəti yaradılacaq. O şirkət hansı məhsulların necə buraxılacağına qərar verəcək". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Deputat: Prezidentlərin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir

2 Noyabr 2017 13:39

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

2 Noyabr 2017 13:27

“Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm”. “Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Elman Məmmədov: “Siyasəti tənzimləyən çox mühüm amillər var” 

2 Noyabr 2017 13:04

“Tehranda keçirilən Azərbaycan-Rusiya-İran dövlət başçılarının görüşünün iqtisadi, sosial, eyni zamanda çox mühüm siyasi əhəmiyyəti var. Azərbaycan bir-birinin ardınca uğurlu layihələrə imza atır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Rusiya-Azərbaycan-İran dövlət başçılarının üçtərəfli görüşü və cənub-şimal dəmiryolu xətti əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda regionda stabilliyin, sabitliyin, təhlükəsizliyin qorunub saxlanılması istiqamətində aparılan danışıqlar çox mühüm siyasi əhəmiyyə malikdir”. Bunu millət vəkili Elman Məmmədov deyib.

Ermənilərə cavab verən azərbaycanlı deputatın çıxışını kəsdilər

2 Noyabr 2017 12:55

Kiyevdə keçirilən Avronest Parlament Assambleyasının plenar sessiyasının son iclasında deputat Fərəc Quliyev Kiber hücumlar haqda müzakirələr zamanı ermənilərin böhtanlarına cavab verib.

İlham Əliyev Rusiya Federasiya Şurası sədrinin müavinini və Dağıstan Milli Yığıncağının sədrini qəbul edib

2 Noyabr 2017 12:53

Prezident İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Milli Yığıncağının sədri Xizri Şixsaidovu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehran görüşündə Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulanıb

2 Noyabr 2017 12:50

İran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani,İlham Əliyev və Vladimir Putinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşündəBakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlaması da nəzərdə keçirilib. Məlumata görə, müzakirələrdə layihənin əhəmiyyəti vurğulanıb.

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana səfər edəcək

2 Noyabr 2017 12:36

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dək 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq. Bu barədə məlumat “OLAYLAR”-a Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Sarkisyandan gözlənilməz Qarabağ AÇIQLAMASI - “Ermənistanı ağrılı qərar gözləyir”

2 Noyabr 2017 12:23

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir”. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının siyasi məktəbində çıxışı zamanı deyib. 

Prezident İlham Əliyev Monteneqro xarici işlər nazirini qəbul edib

2 Noyabr 2017 11:25

Prezident İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.

Atəşkəsin pozulması halları azalıb

2 Noyabr 2017 11:20

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 62 dəfə pozub.

"Azərbaycan və Türkiyə bütün sahələrdə vahid mövqedən çıxış edəcək"

2 Noyabr 2017 11:18

“Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında həm hərbi texniki, həm siyasi, həm strateji maraqlarımıza cavab verən planlar cızılıb”. Bunu  politoloq Fikrət Sadıqov deyib.