Siyasət
Azərbaycan və Polşa arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edildi
Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə Polşa Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycanın region ölkələri arasında əməkdaşlığa töhfəsi
Azərbaycan artıq neçə illərdir ki, regionun aparıcı ölkəsi olaraq dünya dövlətlərinin maraq dairəsinə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, uğurla həyata keçirilən xarici siyasət kursu dünyanın Bakıya olan diqqət və marağını daha da artırır, hər bir ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda əmıəkdaşlığa üstünlük verir. Bakı da öz növbəsində istər qonşuları, istərsə də yerləşdiyimiz coğrafiyadan kənarda yerləşən fərqli-fərqli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşdirilməsinə öz töhfəsini verir.
Akademik Murtuza Nağıyevin 110 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib.
Sumqayıt Dövlət Universitetinin əməkdaşları fəxri ad və medalla təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ermənistan dövlət sərhədində təxribat törədib
Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
İranın XİN rəhbəri Azərbaycana səfər edəcək
Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək. İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.
İlham Əliyev dünyanın ƏN NÜFUZLU müsəlmanları SİYAHISINDA
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb. Ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2018") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmman şəhərindəki Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub.
Azərbaycan prezidenti İtaliya Senatının nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycanın I vitse-prezidenti Fransa parlamentinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Məlumata görə, M. Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
İran mediası prezidentlərin üçtərəfli görüşünə geniş yer ayırıb
Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçirilən sammiti, eləcə də prezidentlər İlham Əliyev və Vladimir Putinin İranın ali lideri Ayətullah Xamenei ilə görüşləri İran mətbuatının diqqət mərkəzindədir. Bu gün paytaxt Tehranda çap olunan bütün qəzetlərin manşet xəbəri bu mövzuya həsr olunub.
İrəvana QARABAĞ ZƏRBƏSİ: Sarkisyan Azərbaycana dəstək verməyə məcbur olacaq
Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək. Qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq. Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir. “Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir.
BTQ regiona uzunmüddətli sabitlik və təhlükəsizlik gətirir
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Ekspertlərin qənaətinə görə, BTQ dəmir yolunun Azərbaycan üçün siyasi, iqtisadi əhəmiyyəti danılmazdır.
Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisi artıracaq
Azərbaycan iki gün içərisində iki önəmli layihə ilə yadda qaldı. Birinci layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi. ikinci layihə isə şimal-cənub nəqliyyat xəttinin tikintisiylə bağlı idi. Məlumat üçün qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryolu 30 oktybarda təntənə ilə açıldı.
Üçtərəfli sammit 3 qonşu dövlətə nə qazandıracaq?
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qonşu, dost İrana səfəri, səfər zamanı İran Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə həm təkbətək, həm birlikdə görüşməsi, yəni, 3 ölkənin dövlət rəhbərlərinin növbəti üçtərəfli sammitinin reallaşdırılması, Birgə Bəyannamənin imzalanması, verilən bəyanatlar, səsləndirilən mesajlar çox əlamətdar, çox önəmli və çox əhəmiyyətli tarixi-siyasi hadisədir.












