Siyasət

Qənirə Paşayeva Misirdə Ermənistanın işğalçı siyasətndən danışdı

3 Noyabr 2017 12:39

Millət vəkili Qənirə Paşayeva Misir Milli Qadın Şurası prezidenti, naziri, qadın millət vəkilləri və təşkilat rəhbərləri ilə görüşüb. Deputat sadalanan bütün görüşlərdə Ermənistanın işğalçılıq siyasətindən danışıb. Belə ki, Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın millət vəkilləri, Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmy və təşkilatın rəsmiləri ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Misirlə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Misirlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib.

"Xarici qüvvələr Azərbaycanla Ermənistan arasında sülh istəmir" - ATƏT PA-nın vitse-prezidenti

3 Noyabr 2017 12:38

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Tsereteli vətəndaş cəmiyyətinin münaqişələrin sülh yolu ilə həllinə və demokratiyanın inkişafına yönəldilmiş təşəbbüsləri hər zaman dəstəklənir. O, bunu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" adlı konfransda Azərbaycan və Ermənistan arasında Sülh Platformasının sülhə dair təşəbbüslərini şərh edərkən bildirib.

Rusiya XİN rəhbəri: “Qarabağ nizamlanmasında ATƏT-in potensialından istifadə etmək vacibdir”

3 Noyabr 2017 12:27

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü keçirilir. Məlumata görə, görüş zamanı S. Lavrov ATƏT-in yeni baş katibinin fəaliyyət planları ilə tanış olduğunu və bunu alqışladıqlarını söyləyib.

Prezident: “Erməni lobbisi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmağa çalışır” - YENİLƏNİB

3 Noyabr 2017 12:24

Prezident İlham Əliyev noyabrın 3-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Azərbaycan qonşu ölkələrlə qarşılıqlı etimada dayanan münasibətlərə önəm verir"

3 Noyabr 2017 12:17

"Azərbaycanla İran, Azərbaycanla Rusiya və bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq münasibətləri var. Qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir". Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.

Emin Həsənli: “Ermənistan regional layihələrdən kənarda qalıb” 

3 Noyabr 2017 12:15

“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti layihəsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Azərbaycan ard-arda iki böyük layihəyə imza atır. BTQ dəmiryolu Qərblə-Şərqi birləşdirməklə bərabər İranla Rusiya arasında böyük bir dəmiryolu xəttidir”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Siyasi şərhçi: “Rusiya və İran Azərbaycanın böyük qonşularıdır”

3 Noyabr 2017 12:13

“Ümumiyyətlə Rusiya və İran Azərbaycanın böyük qonşularıdır. Azərbaycan Prezidenti də öz çıxışında qeyd etdiyi kimi Rusiya və İranla ortaq sərhədi olan yeganə ölkə Azərbaycandır. Yəni Cənubi Qafqazın yeganə ölkəsi, eləcə də Orta Asiya regionunda belə Rusiya ilə İranın arasında sərhədi olan ölkə məhz Azərbaycandır”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Deputat: Üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür

3 Noyabr 2017 12:08

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilən üçtərəfli görüşü birinci növbədə regionda sabitliyin, ikinci növbədə isə iqtisadi əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı deməkdir.

Ermənilər 119 dəfə atəşkəsi pozub

3 Noyabr 2017 11:36

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.