Siyasət

Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin maaşları artırılıb

3 Noyabr 2017 18:15

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verildi

3 Noyabr 2017 17:48

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı fərman imzalayıb

3 Noyabr 2017 17:46

Prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dilqəmlə Şahbazın azad edilməsilə bağlı Fransada petisiya başlanıb: BURADAN SƏS VERİN

3 Noyabr 2017 15:40

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova və qurumun üzvü Günel Səfərova tərəfindən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.

Politoloq: “Rusiyanın maraqlarını təmin etmək üçün yaxşı bir fürsət oldu”

3 Noyabr 2017 15:34

“Beynəlxalq nəqliyyat dəhlizi layihəsinə əsasən tikilən Astara-Rəşt-Qəzvin (Şimal–Cənub) dəmir yolu xətti Rusiya və Azərbaycan yüklərinin İran, Hindistan və Omana qədər daşınmasına şərait yaradacaq. Rusiyanın Avropa hissəsinin Qara dəniz vasitəsilə ilə bütün dünyaya çıxışının olması zəmanəti olmasından fərqli olaraq Azərbaycan bu imkanlara mailk deyil. Şimal–Cənub dəmir yolu xətti bizə bütün qitələrə çıxışımızı təmin edəcək. Bu marşrut vasitəsilə il ərzində 20 milyon tona qədər yük daşımaq mümkün olacaq”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Regional layihələr Ermənistandan yan keçir

3 Noyabr 2017 15:19

Son bir neçə gün ərzində Azərbaycan, o cümlədən region üçün bir neçə əlamətdar hadisə baş verib. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib, 31-də i Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası baş tutub. Noyabrın 1-də isə Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Yerli və benəlxalq siyasətçilər baş verənlərin ölkəmiz, region, eləcə də dünya üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.

"Yevronyus" telekanalının müxbiri Azərbaycan və Türkiyə prezidentlərindən, Gürcüstanın Baş nazirindən müsahibə alıb

3 Noyabr 2017 15:10

Noyabrın 2-də "Yevronyus" telekanalının "Fokus" verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.

Prezident İlham Əliyev: "Tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz Bakı-Tbilisi-Qarsı iqtisadi cəhətdən çox cəlbedici etməkdir"

3 Noyabr 2017 15:08

Tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz Bakı-Tbilisi-Qars dəmir yolunu iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Yevronyus" telekanalının müxbirinə müsahibəsində deyib. Dövlətimizin başçısı qeyd edib ki, Asiyadan Avropaya və Avropadan Asiyaya Bakı-Tbilisi-Qars dəmir yolundan qısa yol yoxdur: "Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir".

"Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutunun işləməsi strateji əhəmiyyət kəsb edir

3 Noyabr 2017 15:02

Yaşadığımız həftə Azərbaycanın həyatında iki mühüm hadisə ilə yadda qaldı. Birincisi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi idisə, ikincisi isə Tehranda Azərbaycan, Rusiya və İran dövlət başçılarının sammitinin keçirilməsi oldu.

Bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib

3 Noyabr 2017 14:59

Demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib.

Tehran görüşü Qarabağ probleminin həllinə də təsir göstərə bilər

3 Noyabr 2017 14:57

Bu günlər istər regionun, istərsə də regionda marağı olan qlobal güc mərkəzlərinin əsas diqqəti İran İslam Respublikasının paytaxtına yönəlmişdi. Səbəb isə İslam Respublikasında Cənubi Qafqazın həyatında mühüm rol oynaya biləcək zirvə görüşünün keçirilməsi idi.

Üçtərəfli format regionun aktual məsələlərinin həlli üçün mühüm əhəmiyyət kəsb edir

3 Noyabr 2017 14:10

Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platforma kimi dəyrləndirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı qüvvəsidir.

Ərdoğan Putinə yeni Qarabağ PLANI TƏQDİM EDİR - İrəvan MƏNGƏNƏDƏ

3 Noyabr 2017 13:15

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.

Robert Sekuta: “Əliyev-Sarkisyan görüşünü dəstəkləyirik”

3 Noyabr 2017 13:12

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünə münasibət bildirib. Hazırda Göyçayda səfərdə olan diplomat son görüşlə bağlıATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyənatını diqqətə çatdırıb.  Sekuta, Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşünü dəstəklədiyini vurğulayıb.

Azərbaycan həqiqətləri Qərbi Los Anceles Ticarət Palatasında

3 Noyabr 2017 12:43

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qərbi Los Anceles Ticarət Palatasının dəvətilə Palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Baş konsulluqdan Olaylar.az – a bildirilib ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.