Siyasət
Ərdoğan İlham Əliyevlə razılaşmalardan və böyük güclərdən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakı səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan “Bakı-Tbilisi-Qars dəmiryolunun ardınca TANAP kimi böyük layihələr də gəlir. Maraqlıdır, böyük güclər bunlarla bağlı nə düşünür?” sualına “O güclərin bu cür layihələrlə bağlı nə düşündüyü bizi marqlandırmır”, cavabını verib.
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Məlumata görə, bu barədə Ərdoğan türkliyəli jurnalistlərə açıqlamasında bildirib.
Terror kabusu Amerikada - dünya təlaşda
Oktyabrın 31-də Bakı vaxtı ilə saat 24 radələrində Nyu-York şəhərinin Manhetten bölgəsində baş verən dəhşətli terror hadisəsi dünyanı silkələdi. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 15 nəfər də yaralanıb. Faciədə həlak olan 8 nəfərdən 6-sı əcnəbi - Argentina və Belçika vətəndaşları olub. Həlak olan argentinalılar- Ernan Dieqo Mendosa, Dieqo Enrike Angelini, Alexandro Damiano Panukko, Ariel Erlix və Ernan Ferruçinin məktəb məzunları ilə görüşmək üçün Nyu-Yorka gediblərmiş...













