Siyasət
Bakıda Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib
Bakıda qardaş Türkiyənin Cümhuriyyət Günü ilə bağlı mərasim təşkil edilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də KİV və QHT rəhbərləri iştirak edib.
Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindənBMT baş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.
Britaniya parlamentində “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı
Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib. Olaylar/az bildirir ki, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və Avropa Azərbaycan Cəmiyyətinin birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS Press” Nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının fəalları iştirak ediblər. Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin rəhbəri Cek Peqoraro tədbir
Əli Həsənov: “İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizin beynəlxalq aləmdə yerini möhkəmləndirdi”
Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində yazıb.
"Üç tərəfli görüş regional təhlükəsizlik baxımından çox vacibdir"
“Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri kifayət qədər yaxşıdır və bu əlaqələr əməkdaşlıq xarakteri daşıyır”. Bunu politoloq Fikrət Sadıqov bu gün Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda baş tutacaq üçtərəfli görüşünə münasibətini bildirərkən deyib.
Araz Əlizadə: “Müxalifət vaxtaşırı aldığı vəsaitlər üçün hesabat verməlidir”
“Əgər Milli Şuranının sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli reallıqla hesablaşsaydılar və öz aləmində yaşamasaydılar çoxdan siyasətdən gedərdilər”. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.
Linda Lanzillotta: “İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir”
Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, spiker qeyd edib ki, İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək vacib məsələlərdəndir.
Bakı-Moskva-Tehran əməkdaşlığı
Azərbaycan öz uğurlu siyasəti, atmış olduğu düşünülmüş addımları ilə həm qonşularının, həm də dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biri rolunu oynamaqdadır. Müntəzəm olaraq ölkəmizə baş tutan səfərlər və Bakı ilə münasibətlərə verilən önəm Azərbaycanın Cənubi Qafqazda müstəsna rola malik bir ölkə olduğunu açıq şəkildə ortaya qoyur.
AŞ nümayəndəsi: "Azərbaycanla problemlərin bu ayın sonunadək həll ediləcəyinə dair böyük gözləntilər var"
"Bu ayın sonuna kimi Avropa Şurası ilə Azərbaycan arasında problemlərin həllinə dair böyük gözləntilər var". Bunu sözləri Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeş deyib.
İşğalçı dövlətin iqtisadi blokadası daha da güclənir
Oktyabrın 30-da Azərbaycan Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan bu dünya əhəmiyyətli layihənin gerçəkləşməsi ilə Azərbaycan regionda ən nəhəng kommunikasiya dəhlizlərindən birinin müəllifinə çevrildi. BTQ-nin geosiyasi, iqtisadi və tarixi əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək. Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, layihə sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.
Azərbaycan və İran prezidentləri Qarabağ münaqişəsini müzakirə ediblər
Tehranda Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub. Məlumata görə, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib, son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizi
Bir neçə gündür demək olar ki, bütün dünya mediası Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən yazır. Azərbaycanı sevib-sevməməsindən, sözügedən dəmir yolu xəttini qəbul edib-etməməsindən asılı olmayaraq müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində dərc edilən bu tipli yazıların əsas məğzi ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən sonra əsrin ikinci böyük projesidir. Və bu layihə xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İstər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq əməkdaşlıq baxımından Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün əlverişli layihələrdən sayıla bilər. Ən mühümü odur ki, bununla Azərbaycan bir daha Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən tranzit ölkə rolu oynadığını təsdiqləyir. Təsadüfi deyil ki, əksəriyyət ekspert və politoloqlar da bu qənaətdədir. Birmənalı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüksək dəyərləndirilir.
Zeynəb Xanlarova Fədayənin həbsindən DANIŞDI - "Yaxşı oxuyandır. Heyif..."
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Silahlı Qüvvələrə Yardım Fonduna noyabrın 1-dək 86.097.065,62 AZN, 212.873,88 ABŞ dolları, 8936,0 avro və 5000,0 rubl vəsait daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İspaniyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
“Azərbaycan İspan Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”. “Olaylar” xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İspaniya Krallığındakı vəziyyəti şərh edərkən deyib. H. Hacıyev bildirib ki, Azərbaycan vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır: “Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq, ölkənin Konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir. Azərbaycan 30 ilə yaxındır, bundan əziyyət çəkir. 80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi.














