Aydın Mirzəzadə: “Azərbaycana yeni səfirin təyin edilməsi texniki məsələdir”
“Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması normal bir diplomatik prosedurdur. Əslində o Azərbaycanda qayda ilə nəzərdə tutulmuş müddətdən artıq səfir kimi fəaliyyət göstərdi. Bir qayda olaraq Rusiyanın xarici ölkələrdəki səfirləri 3-5 il müddətinə bir dəfəyə göndərilir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
29 Noyabr 2017 13:12 Siyasət"Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması normal bir diplomatik prosedurdur. Əslində o Azərbaycanda qayda ilə nəzərdə tutulmuş müddətdən artıq səfir kimi fəaliyyət göstərdi. Bir qayda olaraq Rusiyanın xarici ölkələrdəki səfirləri 3-5 il müddətinə bir dəfəyə göndərilir". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan münasibətlərinin yüksək əhəmiyyətini və Doroxinin bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməsini nəzərə alsaq, ona etimad göstərilərək 2 il müddətinə Azərbaycanda səfir kimi fəaliyyət göstərməsinə imkan verildi: "O burada olduğu müddətdə öz ölkəsini layiqincə təmsil etdi və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verdi. Doroxin təcrübəli diplomat idi. O Azərbaycan cəmiyyətində həm rəsmi, həm də ki, ictimai fəallarla çox sıx münasibətləri var idi. Ümumən götürəndə bu müddətdə münasibətlərimizin daha da möhkəmləndiyini qeyd edə bilərik. Yeni səfirin gəlməsinə gəldikdə isə hesab edirəm ki, yeni səfirin namizədliyi ilə bağlı mətbuatda gedən yazılar spikulyasiyadan başqa bir şey deyil. Yəni Azərbaycanla Rusiya arasında münasibətlər o dərəcədə yüksək səviyyədədir ki, burada səfirin kim olması elə bir əhəmiyyət daşımır.
Həmçinin bu gün Rusiya ilə Azərbaycan arasında hər hansı bir məsələdə fikir ayrılığı yoxdur. Ölkələrimiz strateji müttəfiqdirlər və siyasi, iqtisadi, diplomatik, hərbi sahədə nümunəvi əməkdaşlıqları vardır. Eləcə də ölkələrimiz dünya üçün əhəmiyyət daşıyan regional layihələrin həyata keçməsində böyük işlər görürlər. Ölkə başçıları il ərzində bir neçə dəfə görüşürlər. Azərbaycana yeni səfirin təyin edilməsi texniki məsələdir. Bu Rusiya tərəfindən həll edilir və inanıram ki, bu yenidən Doroxin səviyyəsində təcrübəli bir diplomatın Azərbaycana göndərilməsi ilə nəticələnəcək. Yeni səfirində də ilk növbədə əsas vəzifəsi iki ölkə arasında olan münasibətlərin möhkəmlənməsi, mövcud olan məsələlərin operativ həll edilməsi, öz ölkəsini Azərbaycanda yüksək səviyyədə təmin etmək üçün çox ciddi səy göstərməsi ilə yadda qalacaq". Sia.az