Şimaldan əsən “soyuq külək”

Rusiya zaman-zaman Azərbaycana qarşı öz təsir vasitələrindən istifadə etməyə çalışır. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Söhbət Kremlin Azərbaycandakı səfiri Doroxini geri çağıraraq onu daha çox ermənipərəsət mövqeyi ilə seçilən biri ilə əvəzləmək istəyindən gedir.

Səfir qalmaqalı nəyə hesablanıb?

Rusiya zaman-zaman Azərbaycana qarşı öz təsir vasitələrindən istifadə etməyə çalışır. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Söhbət Kremlin Azərbaycandakı səfiri Doroxini geri çağıraraq onu daha çox ermənipərəsət mövqeyi ilə seçilən biri ilə əvəzləmək istəyindən gedir. Düzdür, Azərbaycan tərəfindən şimal qonşumuzun ermənipərəsət mövqeyi ilə seçilən Georgi Zuyev aqreman almasa da, lakin Moskvanın təsir rıçaqları hələ də bitmıəyib. Xüsusilə, belə bir təyinatın Azərbaycan Prezidentinin Avropaya son səfəri və əldə edilən uğurlu nəticələrə ərəfəsinə təsadüf etməsi onu deməyə əsas verir ki, Rusiya rəsmi Bakının Avropa ilə yaxınlaşmasını həzm edə bilmir. Və bundan sonra da Kremldən ölkəmizə qarşı müəyyən təzyiqlər olacaq. Bütün bunların fonunda maraqlı bir sual ortaya çıxır ki, Rusiya hansı səbəbdən Azərbaycanın kifayət qədər həssas yanaşdığı bir məsələyə qol qoyur və rəsmi Bakının heysiyyatı ilə oynayır?

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da hesab edir ki, Rusiyanın səfir təyinatı fonunda atmış olduğu addımlar əslində Azərbaycan tərəfinə təsir cəhdidir. Və bunun da başlıca səbəbi Azərbaycan Prezidentinin bu günlərdə Brüsseldə keçirdiyi uğurlu görüşlərdir: "Ötən həftə Azərbaycanın dövlət başçısı İlham Əliyevin Avropaya rəsmi səfəri başa çatdı. İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü olub, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Görüşlərin indiyədək görünməmiş yüksək dostluq və perspektiv ruhu diqqət çəkdi. Bundan əvvəl də prezidentin Birləşmiş Ştatlara səfəri olmuşdu. Hiss olunur ki, rəsmi Bakı Qərblə, Avropa ilə münasibətlərini istiləşdirməkdə istəkli və maraqlıdır və əks tərəf də bunu alıqşlayır. Ancaq ortada bəzi suallar da var. Suallar çoxdur və bir də əsas sual qalır. Qərblə bu açıq-aydın, qətiyyətli yaxınlaşma Qərbin əks qütbü, Azərbaycanın yaxın qonşusu Rusiya ilə münasibətlərini nə hala salacaq, bu sahədə hansısa risqlər, problemlər olmayacaq ki? Və bu hal, Qarabağ probleminə nə təsir göstərəcək?. Bu tərəfdən də Rusiya başlayıb, həm Qarabağ probleminin həlli, həm də ölkə ictimaiyyətləri səviyyəsində Azərbaycanla intensiv əlaqələr qurmağa. Rusiya XİN rəhbəri Lavrovun Bakı və İrəvan səfərləri, Rusiya ictimai və milli vətənərvər yönlü xadimləri ilə bizim cəmiyyət nümayəndələri, deputatların Moskva görüşləri və s". İlqar Altay hesab edir ki, məhz səfir məsələsinin indiki məqamda gündəmə gəlməsi təsadüfi deyil və kifayət qədər gərgin münasibətlərdən xəbər verir: "Məlum olduğu kimiRusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycan tərəfdən aqreman almayıb. Yəni, rəsmi Bakı bu təyinatı qəti qəbul etməyib. Əgər, bu məlumat dəqiqdirsə, son 25 ildə Rusiya ilə Azərbaycan arasında ən kəskin skandal-qalmaqal hesab edilə bilər. Söylənilir ki, Azərbaycanın imtinası, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır. Həm də Rusiya Federasiyası prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib. Və dərhal da Xarici Işlər Nazirliyində yūksək vəzifə tutan Zuyevi səfir təyin edir. O da bəlli olub ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi G.Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyibmiş. O zaman ortaya bəzi ziddiyyət mənşəli suallar çıxır. Bilərək ki, Zuyev qatı ermənipərəst movqeli diplomatdır və Azərbaycan ona qarşı acıqlıdır, qarşı tərəf onu qəbul etməz və ziddiyyət yaranar, bu adamı səfir göndərmək inadı nədən dogur?  Yaxud Georgi Zuyevin səfir təyinatı, öncəki səfirin azad edilməsindən dərhal sonra baş tutması qədər əvvəlcədən hazırlanibmışsa, bunu Azərbaycan tərəfinə hec olmasa, diplomatik məxfi yolla bir qədər əvvəl bildirmək olmazdımı?. Azərbaycana (hər ölkəyə) Birləşmiş Ştatların Senatınin səfir təyinatı prosesi açıq və məlum keçirilirsə, Rusiya Dövlət Dumasının hələ bir neçə ay əvvəl Zuyevin Azərbaycana səfir namizədliyini təsdiq etməsi niyə və hansı səbəbdən gizli saxlanılıb?". İlqar Altay deyir ki, hələ yalnız bir səfir təyinatı ilə baglı iki ölkənin, Rusiya-Azərbaycan arası, ziddiyyət əmsallı neçə sual ortaya çıxır: "Indi, son il yarim ərzində iki ölkə arası siyasi və s. proseslərdə yaranan fikir ayrılıqları, davranış və narazılıqları sistemli təhlil etsək, görūn ki, nə qədər sual ortaya çıxar. Məncə Rusiya-Azərbaycan, rəsmi Moskva-Bakı arası, xeyli mūddətdir, davam edən və getdikcə də dərinləşən, artıq ziddiyyət dərəcəsinə yetmiş mūnasibət soyuqlugunun və ortadakı problemlərin bundan artıq ūstūörtūlū saxlanılması zərərlidir. Ölkə ictimaiyyəti bu, son dərəcə ciddi məsələni bilməli, cəmiyyət buna ən azı psixoloji hazır olmalıdır. Xalq bilməlidir ki, onun ölkəsi ūmumi planda hansı yolu gedir. Şərqə, Qərbə, Cənuba ya Şimala dogru? Necə ki, Qərblə, Avropa ilə aradakı narazılıqlar, ziddiyyətlər həmişə açıq bəyan edilir, Rusiya ilə də mūnasibətlərin səviyyəsi, durumu açıq qeyd edilməlidir. Çūnki, iki dövlət arası mūnasibət iki şəxsin mūnasibəti deyil ki, qapalı aparıla bilsin. İki dövlət iki böyūk çoxşaxəli sistem deməkdir. Və hər hansı bir etapda bu coxşaxəli sistemin hansısa bir şaxəsində (məsələn səfir təyinatı) ziddiyyət onsuz da ortaya çıxa bilər. Və cəmiyyət də şok keçirə bilər. Yaşadığı ölkə ətrafında gedən ciddi, uzunmūddətli ağır proseslərdən qəfil xəbər tutdugu halda".

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, hələ ötən həftələrdə Bakıya "Putinin salamını gətirən" Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli rəhbəri Sergey Lavrov, həmin o adı çəkilən Georgi Zuyevlə bağlı Azərbaycan tərəfə çox yalvar-yaxa edibmiş: "Bu son dərəcə maraqlı və ilginc məlumatı mənə Rusiya Xarici İşlər Nazirliyindəki etibarlı mənbəələrə yaxın dostlarım çatdırıblar. Və, hesab edirəm ki, Azərbaycan siyasi rəhbərliyi çox düzgün olaraq Rusiya tərəfinin bizə səfir kimi göndərmək istədiyi şəxsin namizədliyinə razılıq verməyib. Diplomatik dillə desək, Georgi Zuyevin aqremanı qəbul olunmayıb". Hərbi ekspertin qənaətincə, ortada çox ciddi və düşündürücü məlumatlar olduğu səbəbindən, Sergey Lavrovun mənsub olduğu milliyətin nümayəndəsi kimi Georgi Zuyevin Azərbaycana məhz səfir kimi təyinatı məsələsi böyük əminliklə təxirə salınıb: "Xatırladım ki, adı çəkilən həmən şəxs hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktorunun müavini vəzifəsini tutur və Sergey Lavrovun ən qatı tərəfdarlarından biri kimi tanınır və ermənipərəstdir. İnanmaq istərdim ki, adı çəkilən şəxsin bundan sonra Azərbaycana səfir kimi gəlib çalışmasına ölkəmizin səlahiyyətli vəzifəli şəxsləri heç bir halda imkan verməyəcəklər. Üzdə bizə özünü "mələk kimi" göstərməyə cəhd edən Rusiyanın Azərbaycana qarşı daha bir xoş olmayan niyyətinin qarşısı, mənə elə gəlir ki, çox böyük ustalıqla hələlik alınıb. Yəqin ki, yaxın günlərdə biz Rusiya tərəfinin Azərbaycana təyin etmək istədiyi yeni namizədinin adını eşidəcəyik".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın yeni səfir qalmaqalı yaratması, müəyyən mənada Dağlıq Qarabağ problemi ilə də bağlıdır. Onun sözlərinə görə, Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çalmasın: "Belə olan halda haqlı sual meydana çıxa bilər. Bəs onda Rusiya Azərbaycana niyə milyardlarla dollar həcmində silah satır? Rusiya bu məsələyə məntiqi yanaşır, bilir ki, bizə silah satmasa Azərbaycan silahı başqa ölkələrdən alacaq. Ortada milyardlarla dollarlıq kontraktlar var. Rusiya hərbi-sənaye kompleksi həmin milyardları itirmək istəmir. Ancaq Azərbaycana silah satmaq Rusiyanın bizim bu silahlarla Ermənistan üzərində qələbə çalacağımıza barışacağı anlamına gəlmir. Bizə işğalçı ilə 4 gündən çox müharibə aparmağa hövsələləri çatmadı. Elə Moskva Azərbaycandakı sakit səfir Doroxini (qeyri-rəsmi söhbətlərdə Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş) Zuyevlə ona görə əvəz edir ki, hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda çingildəsin. Bununla barışa bilmərik. Qonuşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında çingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31