Siyasət
Çexiyada prezident seçkiləri başladı
Bu gün Çexiyada prezident seçkilərinin birinci turu başlayıb. Məlumata görə, seçkilər 2 gün ərzində - bu gün yerli vaxtla saat 14:00-dan 22:00-dək və sabah saat 08:00-dan 14:00-dək keçiriləcək. Bu ilki seçkilər zamanı 9 nəfərin namizədliyi qeydə alınıb.
Prezident İlham Əliyev Əhəd Abıyevi təltif edib
Prezident İlham Əliyev Əhəd Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir
"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib. O, bildirib ki, bu qərar cəmiyyətimizdə çox yüksək qarşılanır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Xalq Cümhuriyyəti ilə qürur duyur.
Kremldən ABŞ-ın Bakı qərarına cavab:Cəfəngiyyatdır...
Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.
Ayaz Mütəllibovun 20 yanvar hadisələri haqqında danışmağa ixtiyarı yoxdur
Eks-prezident Ayaz Mütəllibov müsahibəsində 20 yanvar hadisələri barədə təhrifedici, müstəqilliyimizə aparan bu gün haqqında ittihamlarla dolu fikirlər səsləndirməsi yolverilməzdi və məsuliyyət hissini itirməkdir. Belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, sabiq prezident həmin hadisələrdə dolayı yolla SSRİ rəhbərliyinə bəraət verir və Azərbaycan Xalq Cəbhəsini günahlandırır: “Guya,həmin gün Xalq Cəbhəsi rus tankarlarının qarşısına əhalini çıxarıb. Ayaz Mütəllibovun bu yanaşması, Xalq Cəbhəsini ittiham etməsi, birbaşa Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır”.
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir”
“Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamı tarixi bir hadisədir”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
"Separatizm ölkələrin həyatını iflic vəziyyətinə salır”- ŞƏRH
“Bu gün dünyanın bütün qitələrində separatizm meyilləri kifayət qədər aktivdir. Bizə yaxın Avropa və Asiya ölkələrində separatist hərakatlar davamlı olaraq özünü göstərməkdədir. İlk baxışdan stabil görünən Avropa ölkələri də bu hərakatlardan əziyyət çəkməkdədirlər. Belçikada Flandriya və Valoniya, Bosna və Hersekdə serb və xorvat, İtaliyada Siciliya daxil olmaqla ümumilikdə 20 bölgədə, Böyük Britaniyada konfederasiyanın bütün üzv dövlətləri, İspaniyada Kataloniya və adlarını sadalamadığım onlarla separatizm ocaqları mövcuddur”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
"Azərbaycan ordusu güclənməkdə davam edəcək" MÜNASİBƏT
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da söylədiyi kimi Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək. Görülən işlərin nəticəsidir ki, dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Silahlı Qüvvələri öz hərbi gücünü daha da artırmaqda davam edir”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov deyib.
“Böyük dövlətlərin istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz”
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ortalarında baş tutacaq görüşü barədə optimist deyiləm”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, XİN rəhbərlərinin görüşündən ciddi bir nəticə gözləmir. Bunun səbəbini isə politoloq Ermənistanın siyasətində heç bir dəyişikliyin olmaması ilə əlaqələndirib.
Nazirlik: Düşmən 8 gün ərzində 4 itki, 10 yaralı verib
"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb". Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.
Anjey Kaspşik 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağmünaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb. Məlumata görə, bu barədə müvafiq qərar ATƏTDaimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb. Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.
ABŞ rəsmisi: "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün ümidverici işarələrini nəzərə almalıyıq"
“Biz sizi Minsk qrupunun sülh yolu ilə və davamlı həlli tapmaq istiqamətindəki səylərinə dəstək olması üçün Dağlıq Qarabağmünaqişəsi ilə bağlı şəxsi nümayəndəniz və onun missiyasına tam dəstək göstərməyə çağırırıq”.
Partiya sədrindən müxalifətə irad
Məlum olduğu kimi bu il ölkədə seçki ili olsa da, lakin siyasi çevrələrdə o qədər də fəallıq, aktivlik nümayiş edilmir. Hətta əksəriyyət partiyalar belə prezident seçkilərində iştirak edib-etməyəcəyini belə müəyyənləşdirməyib. Məsələn, radikal siyasi düşərgə kimi tanıdığımız Müsavat Partiyası və Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasında seçki ab=havası müşahidə edilmir. Yaxud əsasən cəbhəçilərdən ibarət olan Milli Şuranın seçki ilə bağlı heç bir aktivliyi nəzərə çarpmır. Yalnız bir neçə partiya seçkidə iştirak barədə mövqe bildirib ki, onlar da prosesi rəsmiləşdirməyiblər.
Azərbaycanın dünya səviyyəsində tanıdılması istiqamətində atılan mühüm addım
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Müasir Azərbaycanın inkişafında mühüm dövr
Hər il olduğu kimi 2017-ci ili də Azərbaycan bütün spektrlər üzrə uğurla başa vurdu və il ərzində bir neçə mühüm nailiyyətlər əldə etdi. Əsasən diplomatiya və iqtisadi sahədə əldə edilən nailiyyətlər Azərbaycanın aktivinə müsbət göstəricilər yazdı. Beləliklə, 2017-ci ili Azərbaycan bütün sahələrdə inkişaf, uğurla başa vurdu.














