Siyasət

Xalq Cümhuriyyətinə olan ehtiramın təzahürü

12 Yanvar 2018 13:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Xalq Cümhuriyyəti İli” elan olunması barədə imzalamış olduğu sərəncam istər ölkdə daxilində, istərsə də ondan kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur. Xüsusilə gənc nəsil dövlət başçısının məlum sərəncamını yüksək qiymətləndirərək il ərzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı keçiriləcək tədbirlərin gənclərin Şərqin ilk demokratik respublikası barədə daha ətraflı məlumat əldə etməsinə vəsilə olacağını düşünürlər.

Erməni hakim elitasında həyasızlıq və savadsızlıq

12 Yanvar 2018 13:24

Ermənistan parlamentinin vitse-spikeri, hakim Pespublika Partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanovun son fikirləri həyasızlıq, savadsızlıq və yalanın erməni hakim elitasında simbioz yaşadığının göstəricisidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib.

Мüdafiə Nazirliyindən sərt reaksiya — Düşmən dəyirmanına su tökmək kifayətdir!

12 Yanvar 2018 12:46

“Xəzər” hərbi tədqiqatlar institutu adlandıran “qurum”un növbəti qərəzli statistikasına Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan “Xəzər” hərbi tədqiqatlar institutu adlandıran bir “qurum”un növbəti dəfə Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli “statistika”sını tirajlayıb. 

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

12 Yanvar 2018 12:26

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

Ermənilər işğal olunmuş ərazilərimizi reklam edib qazanc götürür

12 Yanvar 2018 12:23

Ermənistanın turizm şirkətlərindən biri Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərindən fotoşəkillər yayıb.

ABŞ İtaliyaya Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ ETDİ

12 Yanvar 2018 12:04

ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb. Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

Ermənilər atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir

12 Yanvar 2018 11:58

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.

Erməni planı: Türk soyqırımını kim himayə edir?

12 Yanvar 2018 11:34

Son illər Gürcüstan hakimiyyətinin erməni məsələsi ilə bağlı yürütdüyü siyasətə nəzər saldıqda, müəyyən ziddiyyətlər ortaya çıxır. Bunu  politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Mixail Saakaşvilinin vaxtında Gürcüstanda, özəlliklə də Cavaxetiyada fəaliyyət göstərən ekstremist və separatçı qruplara qarşı sərt addımlar atılsa da, indi o bölgədə başqa mənzərə gözə çarpır: “Son illər Gürcüstan hakimiyyətinin xüsusilə də erməni məsələsi ilə bağlı yürütdüyü siyasətə nəzər saldıqda, müəyyən ziddiyyətlər ortaya çıxır.

İlham Əliyev 3 sərəncam, 4 fərman imzaladı

12 Yanvar 2018 09:04

Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 970-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:

Seçki Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi

12 Yanvar 2018 09:03

Azərbaycan prezidenti İlham Əliyev Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Seçki Məcəlləsində aşağıdakı dəyişikliklər edilib: 1. 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilib. 4. 47.9-cu maddədən “vəsiqələri paylandıqdan və seçici” sözləri çıxarılıb.

Dövlət hər ixtiraçıya 60 min manat pul verəcək

12 Yanvar 2018 08:58

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə yalnız beynəlxalq sertifikat almasına dəstək veriləcək. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.

Aydın Mirzəzadə: "Azərbaycan Avropa ilə Asiya arasında möhkəm bir körpü saldı"

11 Yanvar 2018 17:53

“Nəzər alsaq ki, “İslam Həmrəyliyi”nin 3-cü buraxılışı keçirilməmişdi və əvvəlki 2 oyun başlanğıc idi, 4-cü oyunlar bu tədbirin və Azərbaycanın bütün möhtəşəmliyini ortaya qoydu”.

“2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması çox böyük tarixi əhəmiyyətə malik bir qərardır”

11 Yanvar 2018 17:25

"2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması çox böyük tarixi əhəmiyyətə malik bir qərardır". “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Sahibə Qafarova səsləndiriib.

2018-ci ilin “AXC ili" elan edilməsi tarixin daha yaxşı öyrənilməsinə rəvac verəcək

11 Yanvar 2018 15:19

“Azərbaycan Prezidenti tərəfindən 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili" élan edilməsi ömür kitabımıza yazılan tarixi məqamdır”. Bunu deyən millət Fəzail İbrahimlinin sözlərinə görə, ötən il “İslam Həmrəyliyi”, 2016-cı ilin “Multikulturalizm ili” elan olunmuşdu: “Bunun hər biri böyük məna və mahiyyət kəsb edir.