“Prezident seçkilərinin apreldə keçirilməsi barədə sərəncam verilməsi düzgün addımdır”
"Dövlət başçısının Konstitusiya və Seçki haqqında Qanuna uyğun olaraq, seçkiləri tezləşdirmək səlahiyyəti var. Bu səlahiyyətindən istifadə edərək Prezident İlham Əliyev növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam verdi”. Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
6 Fevral 2018 13:04 Siyasət"Dövlət başçısının Konstitusiya və Seçki haqqında Qanuna uyğun olaraq, seçkiləri tezləşdirmək səlahiyyəti var. Bu səlahiyyətindən istifadə edərək Prezident İlham Əliyev növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam verdi". Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, növbədənkənar prezident seçkisinin keçirilməsini şərtləndirən bir neçə vacib amil var: "Əgər biz xarici siyasət amilini götürsək, Rusiya və Ermənistanda seçki mart ayında keçiriləcək. Artıq həmin dövlətlərdə legitim dövlət başçısı nazirlər seçilib və ya təyin ediləcək. Bu çox mühüm amildir. Çünki bu dövlətlərin hər ikisi bizim regionda yerləşən dövlətlərdir".
Politoloq düşünür ki, Azərbaycanda seçkinin oktyabra qalmasına elə də ehtiyac yoxdur. F. Sadıqov hesab edir ki, prezident seçkilərinin apreldə keçirilməsi barədə sərəncam verilməsi düzgün addımdır: "Çünki ölkədə bir neçə tədbir keçiriləcək. İlin sonuna kimi həm AXC-nin 100 illiyi, həm Formula yarışları, həm də beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlər üst-üstə düşməməlidir. Mənə elə gəlir ki, həm xarici siyasi amilləri, həm daxili prosesləri nəzərə alaraq seçkinin vaxtının dəyişdirilməsi tam məntiqə uyğundur". Azadinform.az