Siyasət

“Hesab edirəm ki, xalqımız Prezident İlham Əliyevə yenidən etimad göstərəcək”

6 Fevral 2018 13:03

“Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarımıza tamamilə uyğundur”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat vurğulayıb ki, ümumxalq referendumu yolu ilə əsas qanunumuza edilmiş əlavə və düzəlişlərdə prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə artırılıb və yeni seçkilərə bir neçə ay qalırdı.

Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar milli maraqlara xidmət edəcək

6 Fevral 2018 12:40

Azərbaycan Prezidentinin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı milli maraqlara xidmət edəcək. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev səsləndirib.

Ərəb general Bakıya niyə gəlir?

6 Fevral 2018 12:21

Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi  nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcəkdir.

Cəbhədən son xəbər

6 Fevral 2018 12:16

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

6 Fevral 2018 11:46

Prezident İlham Əliyev fevralın 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Mersi Tembonu qəbul edib.

Azərbaycan və Türkiyə arasında bir sıra ikitərəfli sənədlər təsdiq edilib

5 Fevral 2018 18:43

Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

YAP-ın qurultayı fevralın 8-nə təyin olunub

5 Fevral 2018 18:39

Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub. Məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin olunub. Qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin elan edilməsidir. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək. Hakim partiyanın qurultayının bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi yaradılıb

5 Fevral 2018 18:29

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Radikallar uduzacaqlarının fərqindədirlərTƏRS BAXIŞ

5 Fevral 2018 17:54

Ölkə başçısının prezident seçkilərinin vaxtının Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, eyni zamanda Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq verdiyi sərəncamının ardınca radikal müxalifət düşərgəsində sanki bir çalxalanma, təlaş baş qaldırıb. Xüsusilə, sosial şəbəkələrdə və düşərgəyə məxsus media səhifələrində bu amil daha çox diqqəti çəkməkdədir.

Prezident: “265 min nəfər dövlət hesabına mənzillə təmin olunub”

5 Fevral 2018 17:51

“Azərbaycanda 265 min nəfər dövlət hesabına mənzillə təmin olunub”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

“Azərbaycan jurnalistləri İlham Əliyevi dəstəkləyəcək”

5 Fevral 2018 17:38

“2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir”. Bu haqda məlumatı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov özünün “facebook” səhifəsində paylaşıb.

Sabah MSK növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

5 Fevral 2018 17:36

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək. MSK Katibliyinin  Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, sabah saat 16:00-da MSK-nın iclası keçiriləcək.