Siyasət

Müsavat “Milli Şura”- AXCP cütlüyünün hədəfində MÜXALİFƏT

6 Fevral 2018 16:37

Növbədənkənar seçki qərarının verilməsi radikal düşərgədə fikir ayrılığına səbəb olub. Belə ki, bir sıra partiyalar seçkiyə qatılacaqlarını, digərləri isə qatılmayacaqlarını, üstəlik aksiyalar keçirəcəklərini iddia edirlər.

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin edib

6 Fevral 2018 16:19

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib. Məlumata görə, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib.

Azərbaycanın əleyhinə çalışan qüvvələrin seçkiqabağı “sürprizləri” fiaskoya uğradı

6 Fevral 2018 15:46

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı siyasi dairələr tərəfindən rəğbtlə qarşılanıb. Hətta müxalifət partiya təmsilçiləri dövlət başçısının sözügedən sərəncamını vaxtında atılmış addım kimi dəyərləndiriblər.

Azərbaycanla Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

6 Fevral 2018 15:34

Fevralın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.

Rusiyanın müdafiə naziri ölkəsi üçün yeni geosiyasi resurs yaradır

6 Fevral 2018 15:30

Rusiya Federasiyasının regional maraqları son illər özünü daha çox Şərqdə, Afrika qitəsində büruzə verir. Yaxın Şərqin bir sıra ölkələrində, ən əsasda Suriyada möhkəmlənməyi qarşısına məqsəd qoyaraq bu istiqamətdə ciddi çalışan, hətta müəyyən nailiyyətlər əldə edən Moskva indi də əsas diqqəti Myanma və Laosa yönəldib. Hər halda şimal qonşumuzun müdafiə nazirinin bu günlərdə adıçəkilən ölkələrə səfər etməsi deyilənlərdən xəbər verir.

Növbədənkənar prezident seçkiləri  milli maraqların qorunması baxımından tam əsaslıdır

6 Fevral 2018 15:02

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən, bu il keçirilməsi nəzərdə tutulan prezident seçkiləri oktyabr ayında deyil, bir qədər tez, aprel ayının 11-də baş tutacaq.

Radikallar Yusif Sərrac axtarışında...

6 Fevral 2018 14:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzaladı.  Amma elə sərəncamın mürəkkəbi quruyar-qurumaz hər bir görülən işə, imzalanan fərman və sərəncamlara, qəbul edilən dövlət proqramlarına mız qoymağa adət eləmiş bəzi siyasi çevrələr dövlət başçısının bu sərəncamında da nələrsə axtarmağa başladılar. Və öz başlarına, yanaşmalarına uyğun ehtimallar, iddialar da ortaya atdılar.

Növbədənkənar prezident seçkisi dövlətin və millətin maraqlarına xidmət edir

6 Fevral 2018 14:49

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı ətrafında müxtəlif fikirlər səslənməkdədir. Lakin etiraf edilməlidir ki, sözügedən sərəncam siyasi, iqtisadi baxımdan dövlətin və millətin maraqlarına xidmət edir.

Oqtay Əsədov Rusiyaya səfər edib

6 Fevral 2018 14:32

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya paytaxtı Moskvada səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildir.

Deputat: "Növbədənkənar prezident seçkilərinin elan edilməsi Azərbaycanda demokratiyanın uğurudur"

6 Fevral 2018 14:05

Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri elan etməsi çox düzgün bir qərardır və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, 2016-cı il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayiş etdirdi”.

“Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik”

6 Fevral 2018 13:31

“Ümumiyyətlə Azərbaycan Republikasında Konstitusiyaya edilən son dəyişikliklərdən sonra bu məsələyə qiymət vermək lazımdır. Konkret olaraq növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur. Yəni Azərbaycan qanunvericiliyinə, ən əsası da Konstitusiyaya tam uyğun bir addım atılıb”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

“İranın iqtisadiyyatı harda varsa, siyasəti də ordadır”

6 Fevral 2018 13:12

Şimali Qafqazda, Dağıstanda kifayət qədər diqqət çəkən proseslər gedir.  Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Çeçenistanın ərəb dövlətləri ilə yaxınlaşması Rusiyanı narahat edirdi. Politoloqun fikrincə, Rusiya Ramzan Kadirovun islam dövlətlərinə olan marağını arxa plana keçirməyə çalışdı.

Politoloq: “Bu dəyişiklikdə pis niyyət axtarmağa ehtiyac yoxdur”

6 Fevral 2018 13:09

Prezident seçkisinin vaxtının dəyişməsində pis niyyət axtarmağa ehtiyac yoxdur.  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, 2018-ci il ağır ildir. Politoloq vurğulayıb ki, bunu Azərbaycana aid etmək olmaz: “Yəni qlobal səviyyədə ağır ildir. Lakin İlham Əliyevin yenidən prezident seçiləcəyinə heç kimdə şübhə yoxdur”.

“Müxalifət bu məsələni spekulyasiya predmetinə çevirməsin”

6 Fevral 2018 13:08

“Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bəzilərini niyə narahat edir ki?”. Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Sədr deyib ki, heç kəs düşünməsin ki, bu addım Konstitusiyaya ziddir: “Əksinə, tamamilə konstitusiyaya uyğun olan qərardır. Çünki ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözlənilən idi və əksər siyasi qüvvələr növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Şəxsən mən özüm də Prezidentin belə bir qərar verəcəyini gözləyirdim. Biz DADP olaraq bu seçkilərə tam hazırıq və İlham Əliyevin bu addımını dəstəkləyirik!”.

“Prezident seçkilərinin apreldə keçirilməsi barədə sərəncam verilməsi düzgün addımdır”

6 Fevral 2018 13:04

"Dövlət başçısının Konstitusiya və Seçki haqqında Qanuna uyğun olaraq, seçkiləri tezləşdirmək səlahiyyəti var. Bu səlahiyyətindən istifadə edərək Prezident İlham Əliyev növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam verdi”. Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.