Xocalıda keçirilən sonuncu toyun fotosu
26 Fevral 2018 13:36 SiyasətSosial şəbəkələrdə 26 il öncə Xocalıda keçirilən son toy mərasiminin xatirə fotosu yayılıb.Qaynarinfo xəbər verir ki, "İsayevin səhifəsi" adlı "Facebook" səhifəsində paylaşılan foto ilə bağlı belə bir izah verilib:"Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31