Hökuməti söyməklə “müxalifətçi” imici qazanmağa çalışanlar

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik bir qədər də artır. Gərginlik prezidentliyə namizədlər arasında seçkilərdə qələbə qazanmaq istiqamətində deyil, daha çox etik normaları pozmaq, qeyri-etik fəaliyyətlər ortaya qoymaq, sərgiləməkdə özünü göstərir.

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik bir qədər də artır. Gərginlik prezidentliyə namizədlər arasında seçkilərdə qələbə qazanmaq istiqamətində deyil, daha çox etik normaları pozmaq, qeyri-etik fəaliyyətlər ortaya qoymaq, sərgiləməkdə özünü göstərir. Maraqlısı isə odur ki, bu cür etikadankənar fəaliyyət ortaya qoyanlar heç də seçki mübarizəsinə qatılanlar deyil. Əksinə seçki prosesinə qatılmaqdan çəkinən, seçkidə məğlubiyyətə uğrayacağından ehtiyat edən radikallar müxalifət düşərgəsi və onların Avropanın müxtəlif ökələrində olan ermənipərəsət ünsürləridir. Bu kimi ünsürlərin fəaliyyəti bütün etik normaları keçdiyindən hər kəs birmənalı olaraq onlara etirazını bildirir. Tutduğu vəzifə, cəmiyyətdəki yeri və rolu, siyasi, yaxud qeyri-siyasi fəaliyyətindən asılı olmayaraq hər kəs siyasi mübarizəyə qeyri-siyasi və qeyri-etik davranışların gətirilməsinə öz etirazını ifadə edir. Elə iqtisadçı ekspert Qadir İbrahimli də bu qənaətdədir. O, bildirib ki, Avropadan sığınacaq almış bir qrup artıq bütün qırmızı xətləri keçib. Onun sözlərinə görə, onlar bu dəfə artıq ermənilərə sevgisini izhar etməyə başlayıblar: "İddia edirlər ki, ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrinə toxunmayıb. Xocalı soyqrımının ildönümü ərəfəsində ermənilərə bundan böyük hədiyyə ola bilməzdi. Bu ərəfədə Azərbaycanın dispor təşkilatları soyqrımın tanıdılması üçün müyyən tədbirlər keçirir, yazılar dərc etdirir, ermənilər isə müdafiə olunur. Bu dəfə saxta siyasi mühacirlərin ötürməsi sayəsində daha yaxşı müdafiə olundular, videonu paylaşıb, ermənilərin vandal olmadığını isbatlamağa çalışdılar.Niyə saxta siyasi mühacir? Çünki onların Azərbaycanda siyasətlə məşğul olması və hökumətin təqiblərinə məruz qalması haqda heç bir məlumat yoxdur. Böyük ehtimalla saxta yollarla müxalifət partiyalarından birinin vəsiqəsini əldə edib və Avropada təminatlı həyata sahib olublar. Hərtərəfli təminat altına alındıqdan sonra isə hökuməti söyməklə "müxalifətçi" imici qazanmağa başlayıblar. Hökuməti tənqid-filan etmirlər, sadəcə, küçə sözləri ilə söyürlər. Heç toplantıda, hansısa siyasi tədbirdə yox, tualetdə söyüb videonu çəkib paylaşıb qəhrəmana çevriliblər. Konkret desək, tualet müxalifəti". Qadir İbrahimli təəssüf hissi ilə qeyd edib ki, onların Azərbaycanda da tərəfdarları tapılıb, dəstək verir, alqışlayırlar: "O qədər qazlanıblar ki, artıq özlərni müxalifətin lideri kimi sayırlar. Sanki gündəmi onlar müəyyən edir. O həddə ki, ailəlikcə müsavatçı olan gənc xanıma "tərbiyəsiz mənə ağıl öyrədir, mən burada mübarizə aparanda, sən orada selfi çəkdirirdin, sənin işin mənim çıxışlarımı yaymaqdır" deyirlər. Xanımın "tərbiyəsizliyi" isə adamı etik qaydalara dəvət etməkdən ibarət olub. Bir azdan müxalifət partiyalarının sədrlərini də söyəcək. Buna tam əminəm. Çünki o qafada söyüşdən başqa heç nə yoxdur.Erməni məsələsinə qayıdaq. Bu artıq daha ciddi məsələdir. Qərbin erməni lobbisinə yaxın çevrələri ermənilərə münasibəti dəyişmək üçün bəzi QHT və ictimai fəallarla təmaslar qurub. Təbii ki, Ermənistanı xəritədən silmək qüdrətimiz yoxdur. İşğal edilmiş ərazilərimiz azad edildikdən sonra ermənilərlə münasibətlər normallaşa bilər. Ancaq işğal faktına son qoyulmayınca, buna getmək şərəfsizlikdir. Şəxsən mən - Qarabağ müharibəsinin iştirakçısı olaraq bunu təhqir hesab edirəm". Ekspertin qənaətincə, məsələnin ağrılı tərəfi budur ki, Dağlıq Qarabağdan başqa 11 rayonumuz işğal olunub, 1 milyon insan tarixi torpaqlarından qovulub, didərgin həyatı yaşayıb, ancaq indiyə kimi heç bir erməni ziyalısı, yazıçısı, müxalifətçisi, mühaciri Azərbaycan xalqından üzr istəməyib: "Ancaq bizim xalq yazıçısından tutmuş mühacirlərimizə qədər xeyli məxluq ermənilərə sevgisini izhar etməklə məşğuldur. Ermənilər Azərbaycanın tarixi abidələrini qoruyacaqdılarsa niyə işğal edirdilər? 2 hədəf var - özününküləşdirmək, bu mümkün olmayanda isə məhv etmək. Bunu anlamaq çoxmu çətindir? Yoxsa erməni lobbisinin təsiri altında olan təşkilatlardan alınan qrantlar bu hissi də tualet müxalifətinə unutdurub? Tualet müxalifəti o qədər harınlayıb ki, artıq Azərbaycanda yaşayan müxalifətə mübarizə dərsi keçir. Paradoks odur ki, 170 siyasi məhbusun olduğunu deyən müxalifətin bir qismi onlara haqq qazandırır. 170 siyasi məhbus bildiyim qədər MDB-nin heç bir ölkəsində yoxdur. Bu yaxınlarda YAP-ın rəhbərlərindən olan Siyavuş Novruzov siyasi məhbusları mövcudluğunu və buna görə Qərbin təzyiqinə məruz qaldığını etiraf etdi. Bir elə fədəkar insanları olan müxalifətin tualet müxalifətinin dəstəyinə nə ehtiyacı var? Tualet müxaliftini də qara yara hesab edirəm". Qadir İbrahimli deyib ki, müxalifət bu seçkini də artıq uduzub: "Protest elektoratın namizədləri seçkiyə qatılmadığından hakimiyyət namizədinə problem yaradacaq namizəd yoxdur. Seçki qanunvericliyinə görə, 100 nəfər səsverməyə getsə və bunun da 51-i hakimiyyət namizədinə səs versə, o seçkinin qalibi olacaq. Nəzərə alsaq ki, istənilən hakimiyyətin 20-25 faiz sabit elektoratı olur, onda nəticələri hesablamaq çətin deyil. İndi müxalifətin əsas məqsədi qüvvələri qorumaq və növbəti mərhələyə hazırlaşmaqdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31