Siyasət

ABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycan müzakirəsi

7 Fevral 2018 09:30

ABŞ-ın əsas və aparıcı hərbi təhsil institutlarından olan Milli Müdafiə Universitetində səfir Elin Süleymanovun universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxışı baş tutub. Azərbaycan səfirinin ABŞ-ın tanınmış hərbi təhsil müəssisində artıq ənənəyə çevrilən bu çıxışı sözügedən universitetin dəvəti əsasında həyata keçirilib. Olaylar.az bildirir ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

Azərbaycanın Səudiyyə Ərəbistanında yeni səfiri təyin edilib

6 Fevral 2018 18:20

Prezident İlham Əliyev Şahin Şakir oğlu Abdullayevin Azərbaycanın Səudiyyə Ərəbistanında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev: "Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib"

6 Fevral 2018 18:14

Bizim siyasətimizin mərkəzində insan amili dayanır, çünki sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün həmişə olduğu kimi, prioritetdir. Dövlətimiz güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir.

Məmmədyarov ABŞ dövlət katibi köməkçisinin müavini və amerikalı həmsədrlə görüşüb

6 Fevral 2018 17:42

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer də iştirak edib.

Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib

6 Fevral 2018 17:12

Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib. Məlumata görə, Prezident İlham Əliyev Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentliyə namizədlərin sənədlərinin MSK-ya təqdim edilmə tarixi məlum oldu

6 Fevral 2018 17:06

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər. Məlumata görə, bu barədə MSK tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub. Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək (martın 12-si) davam edir.

Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi? - SUALLARA CAVABLAR

6 Fevral 2018 16:51

Həmin sənəd hüquqi-prosesual baxımdan mövcud qanunvericiliyin tələblərinə tam uyğundur.  Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.

Məzahir Pənahov: "Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq"

6 Fevral 2018 16:47

Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər.

Növbədənkənar prezident seçkilərində təşviqat kampaniyasnın vaxtı məlum oldu

6 Fevral 2018 16:41

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər üçün təşviqat kampaniyasnın vaxtı məlum olub. Məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.