Siyasət

Volodin: “Azərbaycan strateji tərəfdaşımız və mehriban qonşumuzdur”

7 Fevral 2018 14:07

"Azərbaycan Rusiya Federasiyasının strateji tərəfdaşı və mehriban qonşusudur”. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə Dumanın binasında təşkil olunan sərgidə çıxışında deyib. O, sərginin təşkili ilə əlaqədar Heydər Əliyev Fonduna təşəkkür edib: “Ölkələrimiz arasında əlaqələr gündən-günə inkişaf edir”.

Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr aparıb

7 Fevral 2018 13:44

Xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə Almaniya Federativ Respublikasına səfər edib. XİN-dən “Olaylara”a bildirilib ki, X.Xələfov AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini dilə gətirmişdir. Nazir müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

Elçin Mirzəbəyli: “Müxalifətin dezinformasiyaları şikayət edilməlidir”

7 Fevral 2018 13:22

“Ümumiyyətlə Azərbaycanın milli maraqlarını müdafiə edən və seçkilərin keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını və bir çox aspektlərdən zəruri olduğunu başa düşən insanlar müxalifətə qarşı öz mövqeyini sərgiləməlidirlər və birmənalı mövqe ortaya qoymalıdırlar”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Dünya mediası Azərbaycandan yazır

7 Fevral 2018 13:13

Prezident İlham Əliyevin Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı bir neçə gündür ki, dünya mediasının gündəmindən düşmür. Əksər media orqanlarında bu xəbər gündəmin baş xəbəri kimi dəyərləndirilib. Məsələn, qardaş Türkiyə mediası prezidentin bu sərəncam ilə bağlı xəbəri özlərinin əsas gündəm xəbəri kimiveriblər. 

Prezidentə qarşı çirkin kampaniyaya son qoyulmalıdır

7 Fevral 2018 12:56

“Siyasi mübarizədə ailə üzvlərini anti-piarda istifadə etmək acizlik və əxlaqsızlıqdır". “OLAYLAR” xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev bəzi qüvvələrin Avropada Azərbaycan Prezidenti və onun ailə üzvləri ilə bağlı yol verdiyi aşağılayıcı hərəkətlərə münasibət bildirərkən səsləndirib.

Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

7 Fevral 2018 12:53

Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

XİN-dən İsveçrə parlamentinin spikerinə etiraz

7 Fevral 2018 12:45

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın Yerevanda səsləndirdiyi fikirləri şərh edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, H. Hacıyev bildirib ki, Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir.

Politoloq: “Seçkiləri aprel ayına çəkməklə siyasi sabitlik əldə edirik”

7 Fevral 2018 12:18

“Görünür, seçkiqabağı ölkədəki vəziyyətin gərginləşməsi ilə bağlı Bakı ciddi məlumatlar əldə edib. Hamıya məlumdur ki, Azərbaycanı yanan çəllək qismində görmək istəyənlər var. Beləliklə, seçkiləri aprel ayına çəkməklə, biz ilk növbədə siyasi sabitlik əldə edirik”.

"Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan qanunvericiliyinə tam uyğundur"

7 Fevral 2018 12:04

Prezident İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur. Milli.Az xəbər verir ki, bu barədə  millət vəkili Tahir Kərimli bildirib.

Terrorçuluğu maliyyələşdirməyə görə cəzalar sərtləşdirilir

7 Fevral 2018 12:00

Terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcək.

Azərbaycan və Almaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

7 Fevral 2018 11:52

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə AFR-ə səfər edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında əlaqələrin artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini bildirib. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

Əli Əliyev seçki hazırlıqlarına başladı

7 Fevral 2018 11:46

Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda ölkədə 2018-ci il aprelin 11-nə Növbədənkənar Prezident seçkilərinin təyin olunması və VİP-in bu seçkilərdə iştirakı məsələsi müzakirə olunub. İclasda çıxış edən VİP sədri Ə.Əliyev növbədənkənar seçkilərin təyin edilməsinin gözlənilməz olmadığını diqqətə çatdırıb. O, partiyanın 2017-ci il mayın 28-də keçirilmiş IV qurultayında VİP sədrinin prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirərək,  yaranmış şəraitdə bu qərardan irəli gələn vəzifələr haqqında danışıb.

Putinin qələbəsindən dərhal sonra Bakı və Moskva...

7 Fevral 2018 11:39

Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək.