Siyasət
Azərbaycanın Qətərdə yeni səfiri təyin edilib
Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Mingəçevirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 12 milyon manat ayrılıb
Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Raket və artilleriya birləşmələri döyüş atışlı taktiki təlimlər keçirib
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.
Razılıq əldə olunub: seçkilərdən sonra... - XİN
Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək Prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.
Daha bir müxalif partiya seçkidə iştirak qərarı verdi
Azərbaycan Təkamül Partiyası (ATP) şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın (MŞ) geniş iclası keçirilib. “OLAYLAR” xəbər verir ki, iclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub. Partiya sədri Teyyub Qənioğlu ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib.
“Azərbaycan tərəfi danışıqlara getməyə hər zaman hazırdır”
“Ümumiyyətlə son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində aktivləşmə ondan ibarətdir ki, həmsədrlər öz təmsil etdikləri dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən addım atmaq istəyini göstərmək istəyirlər. Fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer məcburi köçkünlərlə görüşü, eyni zamanda bu gün fransalı həmsədrin Azərbaycana gəlməsi düşünürəm ki, söylədiklərimlə bağlıdır”. Bunu politoloq Arzu Nağıyev deyib.
BAXCP seçkilərdə iştirakla bağlı danışıqlar aparır
“BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.
ABŞ-dan Bakının 11 aprel seçki qərarına - Münasibət
Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin. Məlumata görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbayanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.
"Növbədənkənar prezident seçkiləri elan edilərkən, ilk növbədə, Konstitusiyanın tələbləri əsas götürülüb"
Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi dövlət başçısının müstəsna səlahiyyətindədir və Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına tamamilə uyğundur. Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
"Prezident Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu bir daha göstərdi"
"Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur". Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəyə malikdir.
Azərbaycan xalqı kifayət qədər müdrik və yetkindir AÇIQLAMA
“Ölkə prezidenti tərəfindən Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verilməsi müsbət qarşılanır”. Bu, çox məntiqli və düzgün qərardır. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas və səbəb yoxdur: “Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyəyə buraxmağa cəhd göstərir, “bulanıq suda balıqtutma” sevdasına düşməkdədirlər.
ATƏT prezident seçkilərini müşahidə etmək üçün qərar qəbul edəcək
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. ATƏT DTİHB-in mətbuat xidmətindən verilən məlumata görə, təşkilat iş prinsipinə uyğun olaraq, əvvəlcə Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. Onların məsləhətləri əsasında isə müşahidə missiyasının formalaşdırılıb-formalaşdırılmaması barədə qərar qəbul ediləcək. ATƏT DTİHB-dən bildirilib ki, hazırda ekspert qiymətləndirmə missiyasının formalaşdırılması üzrə işlər aparılır.
Azərbaycan demokratiya yolunda daha bir addım irəliləyəcək
Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hesab olunur ki, ölkə Konstitusiyasının norma və prinsiplərinə tamamilə uyğun olan bu qərar çox mühüm hüquqi, siyasi məsələlər nəzərə alınaraq verilib.
Növbədənkənar seçkidə İlham Əliyevin real rəqibi kimdir…
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı prezidentliyə namizədlər məsələsini gündəmə gətirib. Artıq qeyri-rəsmi qaydada olsa da prezidentliyə namizədliyini irəli sürəcəyəni bəyan edən şəxslər var.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb. Çoxcildliyin bu kitabında toplanan materiallar 2012-ci ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.














