Siyasət

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 53-cü kitabı çapdan çıxıb

8 Fevral 2018 14:08

"Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz də ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik".

AŞ-ın Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu MM-də olub

8 Fevral 2018 14:02

Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşüblər. “Olaylar” xəbər verir ki, komitə sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyi daim diqqətdə saxlanılır. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub.

Əli Məsimli Baltik Assambleyasının tədbirinə qatılıb

8 Fevral 2018 14:00

Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, energetika və innovasiyalar, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edib.

Elmar Məmmədyarov Brüsselə gedib

8 Fevral 2018 13:59

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak etmək üçün fevralın 8-da Brüsselə yola düşüb.

Səudiyyə Ərəbistanı nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub

8 Fevral 2018 13:57

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki. səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, “N” nömrəli hərbi hissəni və Hərb Tarixi Muzeyini ziyarət ediblər.

ÜAK-ın yerində yeni diaspor təşkilatı yaradılıb - Rusiyanın Azərbaycan Konqresi

8 Fevral 2018 13:56

Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılıb. Bu barədə akademik Fazil Qurbanov məlumat verib.

"YAP-ın Qurultayı Azərbaycan xalqının arzularını ifadə edən siyasi forum oldu"

8 Fevral 2018 13:47

 “Yeni Azərbaycan Partiyasının VI Qurultayı çox yüksək səviyyədə keçdi. Bütün Azərbaycan xalqının istək və arzularını ifadə edən bir tədbir oldu ”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. Qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin yaxın 10 ilin proqramını əks etdirən məruzə ilə çıxış etdiyin deyən M.Quliyev bildirib ki, Ölkə başçısı öz çıxışı ilə partiya üzvlərinə Azərbaycanın yaxın illərdə perspektivinin yolunu göstərmiş oldu: “Dövlət başçısı qurultayda Azərbaycana ictimai-sabitliyin nə qədər vacib olduğunu vurğuladı, ölkəmizin demokratik, hüquqi, sivil bir dövlət olduğunu və bu yolla da inkişaf edəcəyini göstərdi.

AŞPA həmməruzəçilərinin Azərbaycana faktaraşdırıcı səfəri təxirə salına bilər

8 Fevral 2018 13:25

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) Azərbaycana faktaraşdırıcı səfəri təxirə salına bilər.

MN: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb

8 Fevral 2018 12:08

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib. MN-dən verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb. 

İtaliya Qarabağa görə erməni alimə qadağa qoydu

8 Fevral 2018 11:51

Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan aliminin İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib. Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub.

Qarabağla bağlı elə bir şərait yaradılıb ki... - Politoloq

8 Fevral 2018 11:38

Böyük dövlətlər də çox gözəl başa düşürlər ki, status-kvonu Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Bu sözləri fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli yönündə aparılan danışıqların prinsipləri məlumdur: “Bu prinsiplərin işə düşməsi üçün ilk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır.

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

8 Fevral 2018 11:27

Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.

YAP-ın qurultayı keçirilir

8 Fevral 2018 11:22

Yeni Azərbaycan Partiyasının (YAP) növbəti VI qurultayı keçirilir. Məlumata görə, qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək. Qurultayda partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyev çıxış edir.