Siyasət

Yaxın günlərdə Yeni Azərbaycan Partiyası prezidentliyə namizədini irəli sürəcək

5 Fevral 2018 17:35

Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçiriləcək. Bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

“Seçkinin keçirilməsi üçün ilin başlanğıc aylarını daha məqbul hesab etmək olar”

5 Fevral 2018 17:05

2016-cı ildə Azərbaycanda referendum keçirildi və Konstitusiyaya müəyyən dəyişikliklər edildi. Prezidentin səlahiyyət müddəti 7 il oldu, vitse-prezidentlik institutu təsis olundu. Növbədənkənar prezident seçkisinin keçirilməsi konstitusiyaya uyğun addımdır. 

Əli Həsənov: "Növbədənkənar seçkilərin keçirilməsi haqqında sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur"

5 Fevral 2018 17:03

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını şərh edib.

Fazil Mustafa prezident seçkisinin tarixi barədə: “Çox güman ki, onu ortadan qaldırmaq üçün…”

5 Fevral 2018 16:25

“Növbədənkənar prezident seçkilərini təyin etmək Azərbaycan prezidentinin müstəsna səlahiyyətibə aid olan məsələdir və belə bir qərar qəbul etməyə ixtiyarı var”. Bunu “Bizim Yol“a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. Seçkilərin vaxtının dəyişdirilməsi zərurətinə gəlincə, Fazil Mustafa deyir: “2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməsi ilə bağlı problem vardı. Çox güman ki, onu ortadan qaldırmaq üçün belə bir addım atılıb”.

Millət vəkili: İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti yenidən prezident seçilməsinə şərait yaradır

5 Fevral 2018 16:09

“Prezident İlham Əliyev Konstitusiyada dövlət başçısına verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərini elan etdi. Azərbaycan Prezidentinin belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər”. Bunu  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Aydın Mirzəzadə, üzvü deyib.

AHİK İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

5 Fevral 2018 15:58

Fevralın 5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultay öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlayıb. AHİK sədri Səttar Möhbalıyev qurultayda həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət və hökumət təmsilçilərinin, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalların iştirak etdiyini bildirib.

Deputat: “Növbədənkənar seçki danışıqlar prosesinə maneə yaranmamasına yol aça bilər”

5 Fevral 2018 15:21

“Prezidentin belə bir sərəncam verməsi üçün səlahiyyəti var, bu məsələnin hüquqi tərəfidir. Lakin məsələnin hansı siyasi zərurətdən irəli gəlməsi barədə Prezident Administrasiyası tərəfindən yaxın zamanlarda açıqlama veriləcək”.

Əli Həsənov: “Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq"

5 Fevral 2018 15:00

Fevralın 5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultayda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir: “Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur.

“NATO da ATƏT kimi mənasız quruma çevrilir” -  MÜNASİBƏT

5 Fevral 2018 14:55

“NATO da ATƏT kimi mənasız quruma çevrilir”. Bunu  politoloq Elxan Şahinoğlu deyib. “Ordusunun gücünə görə NATO-da birinci dövlət olan ABŞ-la NATO-nun ikinci dövləti olan Türkiyə arasında Suriyada böhran yaşanır, “müttəfiq dövlətlərin” hərbçilərinin üz-üzə gəlmək risqi var, Brüsseldən isə “tık” səsi çıxmır və beləcə, təhlükəni taleyin ümidinə buraxıblar.

İlham Əliyevin liderlik keyfiyyətləri gənclərə aşılanır

5 Fevral 2018 14:44

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi olmuş Cəbrail Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin 3-cü tədbirini keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi İlham Əliyevin liderlik keyfiyyətlərini gənclərə aşılamaqdan ibarətdir.

İsa Həbibbəyli: Növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir

5 Fevral 2018 14:06

Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Azərbaycanda niyə növbədənkənar seçki keçirilir? – Şərh

5 Fevral 2018 13:44

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamın verilməsi xarici amillə bağlıdır. Hesab edirəm ki, bu çox düzgün verilmiş qərardır”. Bu fikirləri  politoloq Mübariz Əhmədoğlu deyib.

Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlandı

5 Fevral 2018 12:34

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlanıb. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Azərbaycanda cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır.