Siyasət
Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək
Əli Həsənov: "Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur"
Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Məlumata görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında çıxışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Seçkilər niyə 6 ay qabağa çəkildi? – Zahid Oruc 2 ay öncə…
MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftədən gec olmayaraq qərar verəcək
Mərkəzi Seçki Komissiyası bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək. Məlumata görə, Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Rəsul Quliyevdən yeni təhqirlər, aşağılamalar - siyasi savaş davam edir
Təmas xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Düşmən atəşkəsə əməl etmir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!
Prezident İlham Əliyev: İslahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çox sayda iş yerləri açılır
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayının iştirakçılarına təbrik məktubu göndərib. Məlumata görə, təbrik məktubunu tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
İran XİN Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik niyyətlərinə aydınlıq gətirməlidir
İran-Azərbaycan münasibətlərinin iqtisadiyyat və nəqliyyata aid seqmentləri çox uğurla inkişaf edir. İran icra strukturunun istənilən təşəbbüsü Azərbaycan tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və dərhal reallaşdırılır. Qarşılıqlı səy iki ölkə arasındakı münasibətləri əvvəlki dövrlərlə müqayisədə xeyli yüksək səviyyəyə qaldırıb.
Ərdoğan: Rusiya ilə razılaşdıq
Azərbaycanın strateji əhəmiyyəti müzakirə edildi - Bostonda
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndə heyəti ABŞ-ın əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edərək, çoxsaylı görüşlər həyata keçirib. Səfirlikdən Olaylar.az - a bildiriıib ki, səfər zamanı səfir Elin Süleymanovun Massaçusets ştatının iqtisadi inkişaf katibi Cey Əş, habelə müxtəlif investor qrupları və yüksək texnologiya yetişdirən biznes inkubatorların nümayəndələri ilə keçirilmiş görüşlərində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların yaratdığı imkanlar, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın əsas sektorları və yüksək texnologiyaların daha da inkişafı məsələləri müzakirə edilib.
Bostonda "Əli və Nino" filmi təqdim edildi
Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak etmişdir. Səfirlikdən Olaylar.az - a bildirilib ki, təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunmuş, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunki aktuallığını qeyd etmiş, bu əsərin onda böyük təəssürat yaratdığını qeyd etdi. Daha sonra çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhurriyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam imzaladığını bildirdi. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırlatdı.
.jpg)













