Türkiyə Afrində şəhid verib
25 Fevral 2018 18:57 SiyasətTürkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı daha bir türk əsgəri şəhid olub.
"A24.az"ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Türkiyə ordusunun əsgəri Çavuş Kırıkhan fevralın 24-də şəhid olub.
Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 33, yaralanların sayı 183 nəfərə çatıb. Bu günə qədər əməliyyat zamanı 2018 PYD/YPG terrorçusu zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31