İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi
26 Fevral 2018 10:26 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət edib.
Prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Onlar abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31