Siyasət

Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib

12 Fevral 2018 11:34

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib.

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

12 Fevral 2018 11:11

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Kreml İrəvanı başa sala bildi... - Politoloq

11 Fevral 2018 14:50

Ermənistanın NATO təlimlərindən imtina etməsi birbaşa Rusiyanın istəyi ilə bağlıdır. Bu sözləri  sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı İrəvana çox ciddi qulaqburması verib: “NATO təlimlərinin hamısı Rusiyaya yaxın bölgədə - gah Polşada, gah Ruminiyada, yəni Şərqi Avropa ölkələrində həyata keçirilir.

Aİ ilə əməkdaşlığa mane olan yeganə amil… – Şərh

11 Fevral 2018 14:48

Prezident İlham Əliyev fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının VI qurultayında bir sıra tezislər səsləndirdi. Onların arasında ən önəmlilərindən biri də Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirməklə bağlı idi.

Atəşkəs rejimi 131 dəfə pozuldu

11 Fevral 2018 12:58

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Malıbəyli və Quşçuların işğalından 26 il ötür

11 Fevral 2018 12:48

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötür. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.