Siyasət
Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir.
İlham Əliyevin bu layihəsi… - Erməni analitikdən etiraf
Ürəyi Azərbaycanla döyünən hər kəs inanır ki...
Prezident seçkilərinə qeyri-rəsmi də olsa artıq start verilib. Həm iqtidar, həm də müxalifət düşərgəsində seçki hazırlıqlarına başlanılıb. İqtidarın namizədi gözlənildiyi kimi hakim Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevdir. Fevralın 8-də hakim partiyanın VI qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. İlham Əliyevin prezidentliyə namizədliyi təkcə hakim partiya üzvləri olan millət vəkilləri deyil, eləcə də bitərəflər tərəfindən müsbət qarşılanıb.
Seçkilərdə iştirak etməyən müxalifətə tövsiyə
Müxalifət düşərgəsi, daha doğrusu onun radikal qanadı aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində məğlub olacağını əvvəlcədən gördüyündən seçki prosesindən yayınmaq üçün müxtəlif bəhanələr axtarır. Artıq Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, eləcə də Milli Şura adlanan qurum və Müsavat Partiyası prezident seçkilərində iştirak etməmək qərarı verib. Adıçəkilən siyasi qüvvələr hər nə qədər seçkidə iştirakdan imtinanı seçkilərə qısa bir vaxtın qalmaması və bu səbəbdən hazırlıq prosesinin çətinləşdiyi ilə əlaqələndirməyə çalışa da, lakin reallıq ondan ibarətdir ki, radikal düşərgə seçkilərdə məğlub olacağından dolayı prosesə qatılmaqdan imtina edib. Çünki seçkini boykot etmək onlar üçün seçkiyə gedib prosesdən məğlub ayrılmaqdan daha sərfəli variantdır.
Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz
Radikal müxalifət yenə də öz ampluasındadır. Ənənəvi qeyri-sivil, qeyri-etik siyasi mübarizə, dövlətçiliyə, milli maraqlara zərbə vurmaq, xələl gətirmək cəhdi və s. Bir qayda olaraq radikallar ölkə mühüm ictimai-siyası hadisə, yaxud Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməsi ərəfəsində “aktivlik” dərəcəsini artırır, fəaliyyətinə yeni çalarlar qatır.
ATƏT PA-da Xocalı məsələsi qaldırılacaq
Fəzail Ağamalının partiyası İlham Əliyevin namizədliyini dəstəklədi
Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilib. İclasda qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı müzakirə edilib.Partiyadan bildirilib ki, toplantıda 11 aprel 2018 -ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyilə ilə bağlı qərar qəbul olunub və bəyanat verilib. Bəyanatda deyilir: “11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri dövlətimizin və xalqımızın həyatında ciddi əhəmiyyət kəsb edir.
İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, tərəflər Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər.4-27 sentyabr 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olunub.
Minsk formatı köhnəlmiş bir mexanizmdir
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən vasitəçilər bəyanatla çıxış ediblər. Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunur. Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər. Həmsədrlərin regiona bu dəfəfki səfəri və verdikləri bəyanatla bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin başa çatan region səfəri ilə bağlı yekun bəyanatla çıxışı və bu bəyanatda irəli gələn müddəalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına hesablanmış bir bəyanatdır. “Demək olar ki, verilən bəyanatda Ermənistanın işğal faktoru və bunun nəticəsi olaraq yaşanan insdentlər qeyd edilmir.Bakıda və Yerevanda keçirdikləri görüşün yekunu olaraq verilən bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətlındirilməlidir.
Azərbaycanın layiqli namizədi cənab İlham Əliyevdir
Aprelin 11-də ölkədə keçiriləcək president seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi hər bir sahədə fəaliyyət göstərən vətənpərvər, milltətsevər insanlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanıb. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsindən keçən qısa müddət ərzində ayrı-ayrı sahənin təmsilçiləri, nümayəndələri bir araya gələrək hakim partiyanın namizədinə rəsmi şəkildə dəstək nümayiş etdirir, seçkilərlə bağlı öz mövqelərini, seçimlərini aydın şəkildə ortaya qoyurlar.
Armen Sərkisyanın Qarabağa səfərinin qarşısı alınmalıydı
Armen Sarkisyanın korteji Azərbaycan ərazilərində vurulmalı idi. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama politoloq Məhəmməd Əsədullazadə çıxış edib: "Ermənistan prezidentliyinə namizəd Armen Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Burada separatçı rejimin başçısı Bako Saakyan və erməni icması ilə görüş keçirib. Qeyd edim ki, Yerevan doğumlu olan Armen Sarkisyanın Qarabağa səfəri prezident Serj Sarkiyanın təlimatı ilə reallaşır.
Gürcüstan ərazi bütövlüyü prinsipini alver predmetinə çevirməklə divident əldə edəcəyini düşünür
Gürcüstan ərazi bütövlüyü prinsipinə tam sadiqlik və dəstək nümayiş etdirmir. Gürcüstan üçün ərazi bütövlüyü prinsipi və onun tətbiq olunduğu dövlətlər siyahısı mövcuddur. Misal üçün baş nazir Q.Kvirikaşvili Davos forumunda Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsini qabartdı.
VİP-də fikir ayrılığı yaranıb
Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb.
Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalısoyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Məlumata görə, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.














