Siyasət
Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən 17-dək Müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Şəhvətpərəst siyasilər üçün qorxunc kəlmə - “Harrasment”
Düzgün idarəçilik, sosial-iqtisadi inkişaf
Prezident seçkilərinə cəmi bir ay qalıb. Aprelin 11-də Azərbaycan xalqı, vətəndaşları səsvermə məntəqələrinə gedərək növbəti müddətə ölkənin birinci şəxsini seçəcəklər. Ölkə Konstitutsiyasına edilən dəyişikliklərdən sonra ilk dəfə baş tutacaq prezident seçkilərinin nəticələrinə əsasən dövlət başçısı seçiləcək şəxs əvvəlki illərdən fərqli olaraq prezidentlik postunda 5 deyil, 7 il əyləşəcək. Bir qayda olaraq bu və ya digər ölkədə keçirilən hər hansı bir seçki ərəfəsində həmin ölkədəki seçki mühiti, mövcud ictimai-siyasi vəziyyət təhlil olunur, bu istiqamətdə araşdırma aparılır.
Siyasi mübarizədən qorxub yayınanların mitinq şousu
Azərbaycan bütün istiqamətlərdə olduğu kimi siyasi sahədə də dünyaya örnək ola biləcək bir ölkədir. Ölkədə siyasi plüralizmin tam təmin olunduğu istər siyasi partiyalara olan münasibət, istərsə də onlara yaradılan şəraitlə bir daha təsdiqini tapır. Məlumdur ki, bu gün ölkədə yüzlərlə siyasi partiya mövcuddur və onlar normal qaydada öz fəaliyyətlərini davam etdirirlər.
Əli Kərimli və onun “5-ci kolon”u özünü necə rüsvay etdi? - 3 FAKT
Prezident seçkilərinə qalan vaxt azaldıqca çarəsizliyini daha aydın dərk edən radikal müxalifət qüvvələri artıq axırıncı yola əl atıblar. Seçkidə heç 5 faiz də səs qazana bilməyib rüsvay olacaqlarını yaxşı dərk etdiklərindən namizədliklərini irəli sürməyə belə cəsarətləri çatmayan bu “amerikanski” müxalifət lderləri “suda boğulan saman çöpündən yapışar” misalında olduğu kimi ölkədə baş verən yanğın, ölüm və s. hadisələrdən bəhrələnməyə çalışmaqla kifayətlənməyib, həm də özləri tabeçiliklərində olan şəxslər vasitəsilə təxribatlar törətməyə cəhd göstərirlər.
Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkiləri müşahidə etməyəcək
Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək. Bunu parlamentin demokratiyaya dəstək və seçki koordinasiyası qrupunun deputatları Mak Allister və Mak Avan deyib.
Putinin yeni raketləri hədəfə dəydi: Senatorlardan çağırış
Əli Kərimli “Müsavat”a necə kələk gəldi?
Radikal müxalifət bir tərəfdən mitinlərə hazırlaşır, digər tərəfdən bir-biri ilə mövqe davası aparır. Bunu siyasi ekspertlər də açıqlamalarında daim vurğulayırlar. Ötən həftə Milli Şuranın mitinq keçirmək üçün Bakı meriyasına müraciət etməsinin görünməyən tərəfində digər müxalif güclərin "ofsayd"a salınması təşəbbüsü dayanırdı. Belə ki, prezident seçkiləri ərəfəsində radikal müxalifət bir neçə mitinq keçirməyə söz vermişdi. Müxalif Milli Şuranın lideri Cəmil Həsənli “Musavat” partiyasına və REAL hərəkatına müraciət edərək, birgə mitinqlər təşkilini təklif edib.
Ermənilər öz məqsədləri üçün "bizimkilərdən" gen-bol istifadə edirlər
“Ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur. Təbii kömək edəni çox güclüdür, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə" adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar təşkil edir”.











.jpg)


