Politoloq: “Aprel döyüşləri torpaqlarımızı geri qaytarmaq əzmində olduğumuzu göstərdi”
“Əgər birinci Qarabağ döyüşündən sonra bizdə ruh düşkünlüyü vardısa, 2016-cı ilin aprel döyüşləri ruh yüksəkliyi yaratdı”. Bu fikri politoloq Zaur Məmmədov deyib. Politoloq bildirib ki, aprel döyüşləri xalqımızın torpaqlarımızı geri qaytarmaq əzmində olduğunu, gənclərin döyüşə getməyə hazır olduğunu göstərdi: “Güclü ordumuzun köməyi ilə biz torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel hadisələri bunu bir daha göstərmiş oldu”.
2 Aprel 2018 15:47 Siyasət"Əgər birinci Qarabağ döyüşündən sonra bizdə ruh düşkünlüyü vardısa, 2016-cı ilin aprel döyüşləri ruh yüksəkliyi yaratdı". Bu fikri politoloq Zaur Məmmədov deyib. Politoloq bildirib ki, aprel döyüşləri xalqımızın torpaqlarımızı geri qaytarmaq əzmində olduğunu, gənclərin döyüşə getməyə hazır olduğunu göstərdi: "Güclü ordumuzun köməyi ilə biz torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel hadisələri bunu bir daha göstərmiş oldu".
Z. Məmmədov əlavə edib ki, müəyyən xarici qüvvələr olmasa biz bunu çoxdan etmişdik: "Lakin geosiyasi vəziyyət, beynəlxalq proseslər dəyişir. Hesab edirəm ki, zaman Azərbaycanın xeyrinədir". Azadinform.az