Erməni başlarını üzən ŞƏHİDİMİZİ siz də tanıyın

Şəhid Eylaz Əli oğlu Məmmədov həyatda yaşasaydı  50 illik yubileyini qeyd edəcəkdi...Amma təəssüf ki,qismət olmadı...Ömrünün 24-cü baharında Şəhid oldu...Onun da həyatı   vətən uğrunda həlak olub şəhidlik zirvəsinə ucalan minlərlə  digər talelər kimi arzuları, parçalanaraq yarıda qaldı.

Eylaz Məmmədov hərbi xidməti Yakutiyada keçdikdən sonra sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakültəsinə verir. Hələ 3-cü kursda oxuyarkən ölkədə baş verən hadisələrə biganə qala bilməyən Eylaz  Azadlıq Hərəkatına qoşulur.Lakin  Xocalı faciəsindən sonra "ana  mən artıq dayana bilmirəm,"deyir və döyüşlərə qoşulur. Döyüş yolu Goranboy, Ağdam, Ağdərədən keçir. Döyüş yoldaşları onun  qorxmaz və güclü kəşfiyyatçı olduğunu söyləyirdilər. Döyüşlər zamanı Eylaz 3 erməni əsgərinin başını kəsmiş, bir kənd sakinini  erməni hücumundan xilas etmiş və erməniləri əsir götürərək,bizim əsirlərlə  dəyişdirmişdi. Sonuncu döyüşü Madagiz kəndi uğrunda olur. Orada ermənilərlə qeyri-bərabər döyüşdə Eylaz vəhşicəsinə qətlə yetirilir. Bundan ürəyi soyumayan ermənilər onun cəsədini parça-parça edir.

Ailəsinin 47 günlük axtarışından sonra onun  param-parça olmuş meyidini  avqust ayında tapıb, doğulduğu yerdə- Sumqayıt  Şəhidlər Xiyabanında dəfn edirlər.Şəhidimizə "Milli Qəhraman"adı verilərkən ailə bu addan və bütün olunan yardımlardan  və reportajlardan imtina edir.Anası "oğlum yoxdursa,mənə heç nə lazım deyil,istəmirəm",deyib.

Hazırda şəhidimizin qardaşı oğlu,öz əmisinin adını yaşadır.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31