Siyasət
Prezident İlham Əliyev Şəmsəddin Heydərova "Əməkdar həkim" fəxri adı verib
Prezident İlham Əliyev Şəmsəddin Heydərova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor rütbəsi verib
Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Elmar Məmmədyarov Gürcüstanın müdafiə nazirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə etdi. İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırdı.
Səməd Seyidov AŞ PA-nın komitə iclasına gedir
Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament (AŞ PA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək.
Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb
Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” xəbər verir ki, müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər.
Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq…
Dağıdıcı müxalifət mövsümi xarakter daşıyan mitinqlər və aksiyalara başlamaqları ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə "cuşə" gələrək, mitinq keçirmək istəyirlər.
Deputat: "Azərbaycan ictimaiyyəti dəfələrlə ATƏT DTİHB-nin qeyri-obyektiv fəaliyyətinin şahidi olub"
"Azərbaycanda indiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkiləri beynəlxalq təşkilatlar tərəfindən demokratik inkişaf yolunda növbəti addım kimi qiymətləndirilib, lakin bəzi təşkilatların fərqli, qərəzli yanaşmalarının da şahidi olmuşuq".
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən demokratik dövləti idi
Bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılması sözün həqiqi mənasında tarixi hadisə idi. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan üçün XX əsrin əvvəlləri də əlamətdar hadisələrlə zəngin olub. Belə ki, tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi.
Politoloq: “İrəvan seçim qarşısında qalacaq”
Azərbaycanda prezident seçkilərinin Rusiya və Ermənistandakı seçkilərlə demək olar ki, eyni vaxtda keçirilməsi ATƏT-in Minsk qrupunun başçılığı altında aparılan Dağlıq Qarabağ danışıqlarının yubanmasının qarşısını alacaq və ermənilərə bəhanələr verməyəcək. May ayından başlayaraq danışıqların intensivləşməsinin şahidi olacağıq.
“Ermənistanda yeni seçilmiş prezident oyuncaq kimidir”
Azərbaycan və Rusiyada prezident seçkilərindən sonra yaranan vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə təkan verəcək. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq deyib ki, amma danışıqlar prosesinin hansı ümumi nəticələrə gətirib çıxaracağını demək çətindir: “Hesab edirəm ki, ermənilərlə razılıq əldə etmək çətin olacaq, bəlkə də mümkün olmayacaq. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşma siyasəti aparır”.
Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.
İsa Qəmbərin ağır durumuna sevinənlər
Ağır xəstəlikdən əziyyət çəkən Müsavatın keçmiş başçıcı İsa Qəmbərin Türkiyənin "Hacəttəpə" klinikasında müalicəsi davam edir. Sabiq başqanın müalicəsi ilə məşğul olan həkimin bildirdiyinə görə, İsa Qəmbərin sağlamlıq durumu son dərəcə kritikdir. Məlumata görə, keçmiş başqan reanimasiya şöbəsində yerləşdirilib və pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan müalicə olunur.
Elçin Mirzəbəyli: “Onların aqressiyasının kökündə qrant pulları dayanır”
Müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat Partiyası martın 10-a mitinq təyin edib. "Məhsul" stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin toplaşacağı gözlənilir. Buna səbəb digər müxalif partiya və təşkilatların 10 mart mitinqini boykot etməsidir. Belə ki, vaxtilə bir cinahda olan partiyalar Milli Şuranın mitinq çağırışına "yox" deyiblər.
Atılmışların, satılmışların məkanı
Hər bir demokratik cəmiyyətdə müxalifətin mövcudluğu zəruridir, vacibdir. Çünki bir qayda olaraq müxalifət hakimiyyəti daha məhsuldar, cəhvsiz, səmərəli işləməyə məcbur edir, hakimiyyətin buraxdığı səhvləri, xətaları zaman-zaman tənqid etməklə həmin xətaların həll olunmasına, bir daha təkrar edilməməsinə imkan yaradır. Hakimiyyət də öz növbəsində bir qayda olaraq belə bir müxalifətin mövcudluğundan razı qalır.














